Bakıda XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır

Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "İteca Caspian" LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.
Açılış mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna göstərilən diqqət və qayğı, aparılan məqsədyönlü siyasət, reallaşdırılan irimiqyaslı layihə və proqramlar nəticəsində İKT sahəsi dinamik inkişaf edir. Ə.Abbasov sərginin irimiqyaslı beynəlxalq tədbir olmaqla yanaşı, nəinki Azərbaycanın, bütün regionun informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən bir platforma olduğunu qeyd etmişdir.
Tədbirdə Rusiya rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolev və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) baş katibinin müavini Xuolin Çjao çıxış etmişlər. X.Çjao BTİ-nin baş katibi Hamədun Turenin "BakuTel-2010" sərgisinin iştirakçılarına müraciətini oxumuşdur. BMT-nin baş katibi Pan Gi Munun da müraciəti səsləndirilmişdir.
Sərginin keçiriləcəyi dörd gün ərzində xarici və yerli şirkətlər ziyarətçilərə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio verilişlərinin yayımlanması üçün avadanlıq və texnologiyalar, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri və s. təqdim edəcəklər. Sərgi çərçivəsində, "İKT və iqlim dəyişikliyi" mövzusunda konfrans, həmçinin forum, seminar və təqdimatlar keçiriləcəkdir.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tərəfdaş şirkətlərlə birgə "Xalq kompyuter", "Regional innovasiya zonası" və digər perspektiv layihələr təqdim ediləcək, Qərbi Avropa və Şərqi Asiyanın 20-dək ölkəsini əhatə edən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsi barədə məlumat veriləcəkdir. Sərgidə kosmik sənaye bölməsi də fəaliyyət göstərəcəkdir. Hazırda yekunlaşma mərhələsində olan "Azerspace" peykinin orbitə çıxarılması layihəsi ilə bağlı son nailiyyətlər, həmçinin peykin yerüstü idarə olunması strukturunun yaradılması və bu sahədə kadrların hazırlanması məsələləri barədə məlumat veriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında