Dövlət İdarəçilik Akademiyasında Avstriya mədəniyyət günləri ilə əlaqədar görüş keçirilmişdir

Noyabrın 23-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Avstriyanın mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar Avstriya Respublikasının Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç və sabiq səfir Alfred Missonqla görüş olmuşdur.
DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə Akademiyanın tədris işləri üzrə birinci prorektoru professor Əlikram Abdullayev açaraq tədbir iştirakçılarını salamlamış, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi sahədə münasibətlərin ilbəil inkişaf etməsində Prezident İlham Əliyevin səylərindən və xalqlarımız arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Avstriyanın dövlət qulluğu və kadrların idarə olunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Ə.Abdullayev bu sahədə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulamışdır.
Xanım Silvia Mayer-Kaybiç həyata keçirilən tədbiri yüksək qiymətləndirmiş və bunun ölkələrimiz arasında elmi sahədə münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Eyni zamanda o, iki ölkə arasında əməkdaşlığın gələcəkdə də inkişaf etməsi üçün səfir kimi əlindən gələni edəcəyini vurğulamışdır.
Sonda Alfred Missonq səmimi dostluq şəraitində keçən görüşə görə Akademiya rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında