Noyabr - lotereya oyunlarında məhsuldar ay

Noyabrın 10-da AzTV-nin çoxsaylı tamaşaçılarının gözü qarşısında 43000 manat Bakı şəhər sakini Hacıyev Səlahəddin Bəylər oğluna təqdim edildi və ayın 20-də tamaşaçılar artıq növbəti qalibləri və növbəti uduşları alqışlayırdılar.
Əvvəlcə qaliblərlə tanış olaq. "Taleh açarı" lotereyasından 60 yaşlı Binyatov Əlyar İbrahim oğlu Bakıda 2 otaqlı mənzil və Nissan "Sunny" avtomobili, Ordubad rayon sakini Məmmədov Həsən Əmir oğlu Bakıda 1 otaqlı mənzil və Nissan "Sunny" avtomobili, Goranboy rayonu Qızılhacılı kənd sakini Xəlifəyeva Rahilə Xasay qızı Bakıda 1 otaqlı mənzil, "Avto Şou" lotereyasından Bakı şəhər sakini Məmmədov Fuad Elxan oğlu Toyota "Corolla", Lənkəran rayon sakini Məhərrəmov İntiqam Balası oğlu Kia "Rio", Bakı şəhər sakini Hüseynova Rəna Hamlet qızı, Şirvan şəhərindən Abasov Gülbala Müzəffər oğlu, Siyəzən şəhərindən Cəbrayılov Rövşən Hamil oğlu, Ağdamdan İsmayılov Rövşən İzzət oğlu və Mehdiyeva Güladə İsmayıl qızı isə VAZ-2107 avtomobilləri, Masallıdan Tağıyev Şöhrəddin Bilal oğlu 2000 manat uddular.
Qeyd etdiyimiz kimi, 20 noyabr axşamı təkcə uduşların təqdimatı ilə deyil, inanılmaz uduş yağışı ilə yaddaşlarda qalacaq. Əvvəlcə 5/36 lotereyasının 166-cı tirajı başladı və 104 276 saylı biletin sahibi 25 800 manat məbləğində "Cek Pot"-u uddu. Sonra isə "Piramida" lotereyasının 13-cü tirajı başlandı. Oyunun ilk mərhələsində 065570 saylı bilet 10 000 manat udduqdan sonra, bir axşamda üçüncü uduşu yəqin ki, ən optimist tamaşaçı belə ağlına gətirmirdi. Amma, necə deyərlər, sən saydığını say.... İnanılmazdır. Bu oyunun növbəti mərhələsində 119120 saylı bilet öz sahibinə 29000 manat məbləğində "Cek Pot"-u qazandırdı. Yəqin ki, dəyərli oxucular, lotereya həvəskarları yaxın vaxtlarda qalibləri tanıyacaqlar. Yeri gəlmişkən, bir sıra uduşların sahibləri isə, deyəsən, uduşlarını almağa tələsmirlər. "Azərlotereya" ASC-də Kia "Rio" avtomobilini udan 220743 saylı, Vaz 2107 avtomobillərini udan 176143 və 183241saylı, 5000 manat udan 153328 saylı, 3000 manat udan 190182 saylı və 1000 manat udan 212883 saylı biletlərin sahiblərini gözləyirlər.
Çoxlarının qibtə etdiyi, xoşbəxt qaliblərin ürək sözlərini dinləyərkən emosiyaları cilovlamaq çətinləşir, onlarla birgə sevinc hissini yaşayırsan. Gəlin Binyatov Əlyar İbrahim oğlunu dinləyək. Qərbi Azərbaycanda doğulan, yoldaşı, oğlu, gəlini və iki nəvəsi ilə Lökbatanda kirayədə yaşayan 60 yaşlı Əlyar kişinin udduğu 2 otaqlı mənzil və Nissan "Sunny" avtomobilinə necə ürəkdən sevinməyəsən? Əslən Ağdamlı Mehdiyeva Güladə İsmayıl qızının udduğu avtomobilin tarixçəsi də adamın ürəyini riqqətə gətirir. Bu tarixçəni Güladə xanımın oğlu danışır. "Maşınımız var idi. Atam ağır xəstələndi, dəfələrlə əməliyyat olundu, maşını satası olduq. Bir müddət maşınsız keçinsək də, axırda dözmədim, kreditlə VAZ-2107 götürmək qərarına gəldim. Salonda beh də vermişdim və atam zəng vurdu ki, alış-verişi saxlayıb təcili evə gəlim. Evdə isə məni sevinc içində olan valideyinlərim və VAZ-2107 udmuş lotereya bileti gözləyirdi". Gördüyünüz kimi, bu tarixçənin son, xoşbəxt səhifəsini "Avto Şou" lotereyası yazıb. Hər bir uduş qismətdir, sevinc payıdır. İstər Əlyar kişi üçün, istər Güladə xanım üçün, istərsə də, məsələn, VAZ-2107 avtomobili udan gənc həkim qız üçün.
İlin son ayı isə lotereya həvəskarları üçün sürprizlərlə doludur. Dekabrda, Sizi "Qış möcüzəsi" və "Avto Şou"nun xüsusi yeni il buraxılışında daha böyük uduşlar gözləyir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında