Ermənilərin törətdiyi soyqırımından bəhs edən kitab ingilis dilində nəşr olunmuşdur

Aprelin 19-da Milli Məclisin deputatı Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının müəllifliyi ilə çap edilmiş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanis Ayrım" kitabının ingilis dilinə ("Victimized by the Armenian occupation - Baganis Ayrim") tərcümə edilmiş variantının təqdimat mərasimi keçirilmişdir.
Kitab erməni silahlı birləşmələrinin sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis Ayrım kəndində törətdikləri soyqırımının qurbanlarından bəhs edir.
Tədbirdə çıxış edən Qənirə Paşayeva demişdir ki, kitabın ingilis dilində nəşr olunmasında məqsəd beynəlxalq ictimaiyyəti ermənilərin təkcə Dağlıq Qarabağı deyil, Azərbaycanın digər regionlarını, o cümlədən Qazax rayonunu da əhatə edən işğalçılıq siyasəti barədə məlumatlandırmaqdır.
Q.Paşayeva demişdir: "Kitab vasitəsilə dünyaya Bağanis Ayrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, erməni silahlı qüvvələri sadəcə Dağlıq Qarabağ və ətraf rayonlarda soyqırımı törədiblər. Lakin erməni silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Kitabda erməni vandalizmi konkret fotomateriallarla sübut olunur, bu soyqırımı aktının bəzi cinayətkarlarının adları təqdim edilir".
Kitabda, həmçinin Bağanis Ayrım soyqırımı şahidlərinin, ailələri qanlı qırğına məruz qalanların ifadələri də yer almışdır.
Bildirilmişdir ki, kitab yaxın zamanlarda rus və ərəb dillərinə də tərcümə olunacaqdır.
Təqdimat mərasimində kitabın həmmüəllifi Akif Aşırlı bildirmişdir ki, hər il 24 aprel tarixi ərəfəsində erməni lobbisi dünyanın müxtəlif ölkələrində uydurma "soyqırımı"nın tanıdılması istiqamətində təşviqat aparır. Bu baxımdan "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanis Ayrım" kitabı erməni yalanına tutarlı cavab olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında