"BakuTel" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində 15 ölkədən 100-dən çox şirkət iştirak edəcəkdir

Noyabrın 23-dən 26-dək yeni Bakı Sərgi Mərkəzində "İteca Caspian" LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə açılacaq "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə bağlı "Trend" xəbərlər şirkətində mətbuat konfransı keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun vəziyyəti, ölkədə həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasəti, görülən irimiqyaslı işlər, layihələr və proqramlar barədə məlumat vermişdir.
Tədbirdə sərginin baş sponsoru "Huawei Technologies" şirkətinin ölkəmizdəki nümayəndəliyinin direktoru Fu Quoksin, "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov, sərginin meneceri Rəna Abutalıbova çıxış etmişlər. Bildirilmişdir ki, builki sərgidə dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edəcəkdir. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaqdır. Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar, sərginin xüsusi mövzusu - "İKT və qlobal iqlim dəyişikliyi" olacaqdır.
Sərginin keçiriləcəyi dörd gündə xarici və yerli şirkətlər ziyarətçilərə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio verilişlərinin yayımlanması üçün avadanlıq və texnologiyalar, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri və s. təqdim edəcəklər. Sərgi çərçivəsində, həmçinin forum, seminar və təqdimatlar keçiriləcəkdir.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tərəfdaş şirkətlərlə birgə "Xalq kompyuteri", "Regional innovasiya zonası" və digər perspektiv layihələr təqdim ediləcək, Qərbi Avropa və Şərqi Asiyanın 20-dək ölkəsini əhatə edən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsi barədə məlumat veriləcəkdir. Sərgidə kosmik sənaye bölməsi də fəaliyyət göstərəcəkdir. Hazırda yekunlaşma mərhələsində olan "Azerspace" peykinin orbitə çıxarılması layihəsi ilə bağlı son nailiyyətlər, həmçinin peykin yerüstü idarə olunması strukturunun yaradılması və bu sahədə kadrların hazırlanması məsələləri barədə məlumat veriləcəkdir.
Builki sərgini fərqləndirən mühüm cəhətlərdən biri də təqdim olunacaq yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Bununla əlaqədar ən yeni xarici və yerli informasiya avadanlığı, texnologiya və həll variantları nümunələri ilə tanış olmağa imkan verən "İnnovasiyalar ərazisi" layihəsi həyata keçiriləcəkdir. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdiriləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında