Ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş edilmiş 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı artıq 11-ci ildir ki, yüksək fəxr hissi ilə geniş qeyd edilir.
Bayramla əlaqədar ədliyyə orqanlarında kütləvi tədbirlər təşkil olunmuş, o cümlədən nazirlikdə ədliyyə veteranları və gənc ədliyyə işçiləri ilə rəhbərliyin görüşü keçirilmiş, müsabiqə əsasında müvəffəqiyyət qazanmış 100-ə yaxın gənc mütəxəssis ilk dəfə olaraq ədliyyə orqanlarına və penitensiar xidmətə işə qəbul edilmiş, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film və fotojurnal, həmçinin Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrini əks etdirən toplu hazırlanmışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 22-də ədliyyə işçiləri və hakimlər Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi anılmışdır.
Sonra Ədliyyə Nazirliyində əlamətdar günə həsr olunmuş geniş yığıncaq keçirilmiş, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik etmişdir.
Nazir ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən bu sahədə yeni qanunvericilik aktlarının qəbulunu, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirilməsini, nazirliyin səlahiyyətlərinin genişləndirilməsini, ədliyyənin davamlı inkişafına dair digər mühüm tədbirləri vurğulamışdır.
Yığıncaqda ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə iştirakçılar adından dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunmuş, ədliyyə işçiləri ölkəmizin hərtərəfli tərəqqisində Prezident İlham Əliyevə layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Bayram münasibətilə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılmışdır.
Tədbirdə "Azərbaycan ədliyyəsi-2010" filmi nümayiş olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında