Belarus-Azərbaycan əməkdaşlığı genişlənir

BELTA agentliyi Belarus Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 23-də Minskə səfər edəcəkdir.
Səfər zamanı 2006-cı il oktyabrın 17-də Minskdə imzalanmış Belarus FHN ilə Azərbaycan FHN arasında əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün 2011-2013-cü illərdə görüləcək tədbirlərin kompleks planının təsdiq ediləcəyi nəzərdə tutulur. Kəmaləddin Heydərovu Belarus FHN-də perspektivli elmi araşdırmalarla, Belarus xilasedicilərinin öyrədilməsində innovasiya yanaşmaları, müasir texnika, təchizat, avadanlıq və döyüş geyimi nümunələri ilə tanış etmək nəzərdə tutulur.
FHN-də bildirmişlər ki, sözügedən tədbirlər planında əməkdaşlığın mövcud istiqamətlərinin inkişaf etdirilməsi ilə yanaşı yeni layihələr də nəzərdə tutulmuşdur. Məsələn, sənaye obyektlərində qəzalar nəticəsində əhali üçün yaranmış riskin qiymətləndirilməsi üzrə birgə tədqiqatlar, iki ölkə mütəxəssislərinin təcrübə keçməsi və öyrədilməsi, birgə təlimlər və s.
Azərbaycan və Belarus xilasetmə idarələrinin zəngin və səmərəli əməkdaşlıq tarixi vardır. Belarus FHN-in Komandir-mühəndis institutunda 200 nəfərdən çox azərbaycanlı kursant təhsil alır. Azərbaycanda FHN Akademiyası yaradılan vaxt belaruslu mütəxəssislər bu Akademiya üçün kadrlar hazırlanması üzrə metodik köməklərini əsirgəməmişlər. Azərbaycanın gənc yanğınsöndürənlər komandası Belarusda hər il keçirilən beynəlxalq toplantıların daimi iştirakçısıdır.{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında