Mərkəzi Seçki Komissiyasının iclası

Noyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən dördü qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, on yeddisi isə əsassız olduğundan təmin edilməmişdir. Bundan əlavə, 9 saylı Binəqədi ikinci, 15 saylı Yasamal birinci, 57 saylı Kürdəmir və 107 saylı Qazax seçki dairələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı şikayətçilərin müraciətlərinin qismən təmin edilməsi qərara alınmışdır. Belə ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 7, 8, 10, 21 və 32 nömrəli, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 21 nömrəli, 57 saylı Kürdəmir seçki dairəsi üzrə 26, 34, 36 nömrəli və 107 saylı Qazax seçki dairəsi üzrə 10, 12, 16, 20 və 21 nömrəli seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmışdır. Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında