Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin məlumatı

Son günlər qara piar kampaniyası aparmağa vərdiş etmiş bəzi kütləvi informasiya vasitələrində "AXCP-Müsavat" seçki blokunun 2 saylı Şərur seçki dairəsindən vahid namizədi olmuş Səxavət Əliyev tərəfindən qeyd olunan seçki dairəsində güya baş vermiş saxtakarlıq faktları barədə tərtib etdiyi məlumatlar yer almışdır.
2 saylı Şərur seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi qeydə alınmış Əliyev Səxavət Musa oğlu imzatoplama prosesində dəfələrlə seçki dairəsinin sədri ilə görüşlərində Naxçıvanda qanuni prosedurların normal getdiyini (demokratik şəraitin mövcudluğundan narahatlığı namizədin o dövrkü bəyanatlarında açıqca sezilirdi) və ona hər hansı bir problemin yaradılmadığını qeyd etmişdir.
3 noyabr tarixinədək hər hansı narazılığını dilə gətirməyən Müsavat partiyasının divan üzvü S.Əliyevə də digər namizədlər kimi bütün şəraitlərin yaradılmasına baxmayaraq o, DSK üzrə müşahidəçi tapa bilməmiş, bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmış və 2 saylı dairənin ərazisində qohumlarından başqa heç kəsi tanımadığını bildirmişdir.
S.Əliyev və onun səlahiyyətli nümayəndələri kimi fəaliyyət göstərmiş qardaşları Çapay və Sabit Əliyevin qanunsuz hərəkətləri seçki günü və ondan sonra da davam etmişdir. Belə ki, onlar seçki günü 29 və 30 saylı məntəqələrə daxil olaraq seçicilərə həmkəndli və qohum olmalarını xatırlatmış, S.Əliyevə səs vermələri üçün seçicilərə təsir göstərməyə çalışmışlar. Seçki qanunvericiliyinin tələblərinə zidd olmasına baxmayaraq, hətta bülletenlərin sayılmasında da iştirak etmişlər.
29 və 30 saylı məntəqələrdə S.Əliyev tərəfindən müşahidəçi qismində iştirak edən qardaşları bülletenlərin sayılması prosesində namizədin səs almadığını gördükdən sonra, müxalifətdən olan bəzi məntəqə üzvləri ilə əlbir olaraq lider namizədin lehinə olan bülletenləri etibarsız hala salmışlar.
S.Əliyevin diqqətinə çatdırmaq istəyirik ki, seçki günü, yəni 7 noyabr tarixdə ATƏT-in qısamüddətli müşahidəçiləri 2 saylı dairə seçki komissiyasında seçki prosesini, o cümlədən məntəqə seçki komissiyalarının yekun protokollarının qəbulunu sona qədər müşahidə etmiş və DSK-dan yekun protokolun surətini almışlar.
Kənd sakinləri arasında heç bir nüfuza malik olmayan Əliyev qardaşları seçkidən sonra bir daha gülüş hədəfinə çevrildiklərini gördükdən sonra içkili vəziyyətdə Püsyan kəndinin mərkəzində sakinlərin toplaşdıqları yerdə kənd sakinlərini və eləcə də ağsaqqalları Səxavət Əliyevə səs vermədiklərinə görə təsibsizlikdə günahlandırmış, onları nalayiq söyüşlərlə təhqir etmişlər. Ağsaqqalların öyüd-nəsihətlərindən Sabit Əliyev daha da qeyzlənmiş və ağsaqqallardan birinə qarşı hətta fiziki güc tətbiq etmişdir. Vəziyyətin arzuolunmaz məcraya yönəlməsi kənd sakinlərinin polis orqanlarına müraciət etməsi ilə nəticələnmişdir. Hazırda Sabit Əliyevin neqativ hərəkətləri aidiyyatı orqanlar tərəfindən araşdırılır.
Səxavət Əliyevin 2 saylı Şərur seçki dairəsində keçirilmiş seçkilər zamanı saxtakarlıq faktlarının yalnız öz yaxın ailə üzvləri tərəfindən müəyyən olunaraq aktlaşdırılması bir daha onun fikirlərinin cəfəngiyyat olmasına dəlalət edir. Bir daha xatırladırıq ki, bu cür populist bəyanatlarla seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsinə qara yaxmaq mümkün deyil.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında