Fövqəladə Hallar Nazirliyində Yaponiyanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Şusuke Vatanabe ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov səfirə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir Ş.Vatanabe hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün birgə səylər göstərilməsinin zəruriliyini vurğulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında