Əlillərlə görüş çox kövrək idi

Azərbaycan dövlətinin sosial siyasəti, xüsusən, əlillərə göstərilən qayğı və diqqət ölkə əhalisi tərəfindən böyük məmnunluqla qarşılanır. Əlil və şəhid ailələri üçün xüsusi yaşayış evlərinin tikilməsi, əlillərin reablitasiya mərkəzlərinin yaradılması, ciddi müalicəyə ehtiyacı olanların xarici ölkələrin sağlamlıq-bərpa mərkəzlərinə göndərilməsi, eləcə də son üç ildə əlil soydaşlarımıza 2500-dən çox minik avtomobili verilməsi və digər məsələlər göstərir ki, dövlətimiz və dövlət başçımız bu zümrədən olan insanları heç zaman tək buraxmır. Sevindirici haldır ki, dövlətin həmin siyasətini ayrı-ayrı gənclər təşkilatları da uğurla davam etdirirlər.
Böyük elmi, sosial və mədəni-kütləvi tədbirlər keçirmək ənənəsi ilə seçilən Azərbaycan Dövlət İqtisad Universiteti tələbə-həmkarlar və tələbə-gənclər təşkilatları da öz tədbirlər silsiləsində cəmiyyətin ən kövrək zümrəsini - əlilləri daim diqqət mərkəzində saxlayırlar. Elə bir bayram və ya əlamətdar gün olmur ki, universitetin hansısa gənclər təşkilatı əlillərlə bağlı olan ünvanlara baş çəkməsinlər. Qurban bayramı günlərində isə həmin missiyanı istehlak mallarının keyfiyyət ekspertizası fakültəsinin tələbə-gənclər təşkilatı öz üzərinə götürmüşdü. Təşkilatın sədri Mirəli Mahmud universitet rəhbərliyinin və dekanlığın dəstəyi ilə Ramana qəsəbəsindəki "Əlillər evi"ndə kövrək ürəklərə təskinlik gətirən bayram tədbiri təşkil etmişdi.
Təxminən 20 nəfərdən ibarət gənclər dəstəsinə İqtisad Universitetinin tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyasının tələbələri də daxil idi. Bu ikirənglilik də təsadüfi deyildi. Çünki tələbələr əlillərə təkcə bayram sovqatları deyil, həm də zəngin konsert proqramı gətirmişdilər.
Kövrək görüşdə Bakı Musiqi Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Fidan Huseynova, tədbirin təşkilatçısı Mirəli Mahmud, "Əlillər evi"nin direktoru Rəhilə Məmmədova və başqaları çıxış edərək bu qəbildən olan insanları yada saldıqlarına görə hər iki ali məktəbin rektorluğuna, xüsusən, bu xeyriyyə tədbirinin ərsəyə gəlməsinə kömək etmiş prorektor Mirənvər Mahmudova və dekan, professor Əli Həsənova minnətdarlıq ifadə etmişlər. Konsert proqramından əvvəl qurbanlar kəsilmiş, buranın daimi sakini olan 67 əlilə bayram süfrəsi açılmış, ailəsi ilə birlikdə burada yaşayan 36 uşağın hər birinə xüsusi hədiyyələr paylanılmışdır. Əksəriyyəti əlil arabasında olan tədbir iştirakçıları onlar üçün açılmış süfrəni və təşkil edilmiş konserti nə zamansa unuda bilsələr də, tələbə-gənclərlə bu səmimi görüşü və xoş əhval-ruhiyyəni heç zaman unutmayacaqlarını söyləmişlər.

{nl}

Natiq QAÇAYEV, ADİU-nun tələbəsi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında