"Neft və mədəniyyət - xalqın sərvəti kimi"

Bakıda bu mövzuda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

{nl}

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə proqram çərçivəsində 2010-cu ilin 23-24 noyabr tarixlərində Bakı şəhərində "Neft və mədəniyyət - xalqın sərvəti kimi" birgə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sözügedən tədbir ilə əlaqədar Rusiyanın tanınmış neft sənaye şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatlarının da Azərbaycana səfərləri gözlənilir.
Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Memarlıq və İncəsənət İnstitutu, habelə Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də konfransa qatılacaqdır.
Tədbirin sonunda iştirakçılar tərəfindən bəyannamə qəbul olunması nəzərdə tutulur. Bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir. Bəyannamə Azərbaycan və Rusiyanın tanınmış çap mətbu orqanlarında nəşr olunacaqdır.
Konfransın rəsmi açılış mərasimi noyabrın 23-də Muzey Mərkəzində keçiriləcəkdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında