"Dəyirmi masa"da uşaqlara qarşı zorakılıq halları və mübarizə yolları müzakirə olunmuşdur

1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul olunmuş və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu mühüm sənədi ratifikasiya etmiş, ölkədə uşaq hüquqlarının müdafiəsi və təmin olunması istiqamətində davamlı islahatların həyata keçirilməsinə başlanmışdır.
Bu barədə noyabrın 19-da Ombudsman Aparatında "Uşaqlara qarşı zorakılığın aradan qaldırılması" mövzusunda keçirilən "dəyirmi masa"da danışılmışdır.
Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, 1998-ci ildə Azərbaycanda uşaq hüquqları ilə bağlı qəbul edilmiş qanun bu beynəlxalq sənədin bir çox müddəalarını özündə əks etdirir. E.Süleymanova Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü və Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!" kampaniyası ərəfəsində Azərbaycanda Uşaq hüquqları aylığının keçirildiyini diqqətə çatdırmışdır. Müvəkkil Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə böyük diqqət yetirdiyini, BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyi ilə qarşılıqlı əlaqələrin qurulduğunu diqqətə çatdırmışdır.
Uşaq Hüquqları Konvensiyasından danışan YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bütün uşaqların müvafiq hüquqlara malik olduqlarını vurğulamışdır. Onun sözlərinə görə, bu beynəlxalq sənədi ratifikasiya edən Azərbaycan öhdəliklərini yerinə yetirmək üçün bir çox işlər görmüşdür.
Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində dövlət siyasətindən danışılmış və bu istiqamətdə hüquq mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında