ATƏT-in Bakı ofisi jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri üçün təlimlər keçirir

Aprelin 19-da "Ramada" mehmanxanasında ATƏT-in Bakı ofisinin təşkilatçılığı və Azərbaycan Prezidenti Administrasiyasının dəstəyi ilə jurnalistlər və dövlət təşkilatlarının mətbuat xidmətləri üçün "Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında səmərəli münasibətlərin qurulması" mövzusunda təlimlər başlamışdır.
İki gün davam edəcək təlimlərdə ATƏT-in Bakı və Media Azadlığı üzrə Nümayəndəsinin ofislərinin ekspertləri, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçiləri, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları və yerli KİV-lərin təmsilçiləri iştirak edirlər.
Açılışda çıxış edən ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter bildirmişdir ki, seminar qurum tərəfindən informasiya sistemlərinin istifadəsi ilə bağlı təşkil edilmiş növbəti tədbirdir. Məqsəd informasiyanı yaymaq üçün məsul edilmiş KİV-lərlə bu informasiyanın toplandığı dövlət orqanları arasında əməkdaşlığın intensivləşməsi, hər iki tərəf və xüsusən də oxucular üçün maraqlı olan məlumatların cəmiyyətə obyektiv və operativ çatdırılmasının təmin olunmasına yardım etməkdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə bu istiqamətdə mövcud qanunvericilik bazası formalaşdırılmış, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır. Azərbaycanda 2005-ci ildə qəbul olunmuş "İnformasiya əldə etmək haqqında" Qanun və digər müvafiq sənədlər demokratik cəmiyyətin tələblərinə tam cavab verir. Bu qanunlar informasiyanın azad və maneəsiz əldə olunması üçün hüquqi əsas yaratmaqla, açıq cəmiyyəti və mütərəqqi idarəçilik prinsiplərini özündə ehtiva edir. Eyni zamanda, bu sənədlər informasiyanın əldə edilməsi, obyektiv, qərəzsiz və ictimai məsuliyyətə dair jurnalistika standartlarına uyğun cəmiyyətə çatdırılması üçün tam şərait yaradılmışdır.
V.Əliyev qeyd etmişdir ki, həmin qurumlar arasında münasibətlərin qurulmasında mühüm irəliləyişlər əldə edilmişdir. Belə ki, dövlət strukturlarının ictimaiyyətlə əlaqələr şöbələri yaradılmış, media ilə operativ əməkdaşlıq əlaqələri qurulmuş, dövlət strukturlarının müvafiq internet resursları fəaliyyət göstərir.
ATƏT-in təlimlərinin əhəmiyyətini yüksək qiymətləndirən sektor müdiri onun həm qanunvericiliyin tətbiqi, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də dövlət strukturlarının müvafiq qurumlarının nümayəndələri ilə KİV-lərin təmsilçiləri arasında qarşılıqlı münasibətlərin formalaşması baxımından önəmini vurğulamış, seminarın işinə uğurlar arzulamışdır.
ATƏT-in media azadlığı üzrə ofisinin baş məsləhətçisi Aleksandr Boldırev Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın rolunu yüksək qiymətləndirmiş, təşkil olunmuş seminarın KİV-lərlə dövlət orqanlarının əlaqədar qurumları arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyinə əminliyini bildirmişdir.
Seminarda "Məlumat azadlığı və diffamasiya məsələlərinin milli və beynəlxalq qanunvericilik aspektləri. Azərbaycan kontekstindən götürülmüş nümunələrin əməli təhlili" və "Dövlət qurumları ilə media münasibətlərinin milli və beynəlxalq qanunvericilik aspektlərinin nəzərdən keçirilməsi. Azərbaycan təcrübəsindən götürülmüş nümunələrin təhlili" mövzularında təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson "Hökumət-media münasibətlərinin uğurlu təşkili" mövzusunda məruzə edərək təmsil etdiyi ölkənin təcrübəsi əsasında KİV-lərlə əlaqələrin qurulması barədə məlumat vermişdir.
Seminar işini aprelin 20-də davam etdirəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında