Argentinada "La Revista Diplomatica PLACET" jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunmuşdur

Argentinada "La Revista Diplomatica PLACET" diplomatiya jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Argentinada diplomatik korpusun fəaliyyətinə, habelə xarici siyasət və beynəlxalq əlaqələrə dair ispan dilində çap olunan jurnalın Azərbaycana həsr edilmiş nömrəsi bu ölkədəki səfirliyimizin redaksiya ilə əməkdaşlığının nəticəsində işıq üzü görmüşdür.
"AZERBAIYAN - una herencia rica, un presente prospero y un futuro brillante" (AZƏRBAYCAN - zəngin irs, çiçəklənən müasirlik və parlaq gələcək) adlı xüsusi buraxılış xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev haqqında, Azərbaycana dair ümumi məlumatlar, ölkəmizin xarici siyasət prioritetləri, bu xüsusda Ermənistanın təcavüzü və münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, Azərbaycan iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, Heydər Əliyev Fondunun fəaliyyəti, vətənimizin turizm potensialı, idman sahəsinin vəziyyəti, milli mətbəximiz, habelə Azərbaycan haqqında bütün sahələr üzrə internet portallarının siyahısını əks etdirən rubrikalardan ibarətdir.
Nəfis tərtibata malik xüsusi buraxılışda aidiyyəti üzrə məlumatlardan, fotoşəkillər və digər qrafiki materiallardan geniş istifadə edilmişdir.
Ölkəmiz haqqında əhatəli məlumatların nəşrində məqsəd geniş oxucu kütləsini Azərbaycan həqiqətləri ilə tanış etməkdən ibarətdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında