BMT-nin komitəsi Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsini qəbul etmişdir

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən bildirmişlər ki, noyabrın 18-də qurumun Sosial, mədəni və humanitar məsələlər üzrə Komitəsinin iclasında ölkəmizin ənənəvi olaraq irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsi konsensusla qəbul edilmişdir.
Qətnaməyə 71 dövlət həmmüəllif kimi qoşulmuşdur.
İtkin düşmüş şəxslər məsələsinin şəffaflıq, məsuliyyətlilik və ictimaiyyətin cəlb olunması və iştirakı ilə bütün ədalətlilik və qanunun aliliyi mexanizmlərinə istinadən sülhquruculuq prosesinin tərkib hissəsi kimi ünvanlanması ehtiyacının vurğulanması, münaqişə tərəfləri olan dövlətlərin itkin düşmüş şəxslər fenomeni ilə mübarizə aparılmasında, onların talelərinin müəyyən olunmasında və müvafiq mexanizmlərin, siyasətlərin və qanunların tətbiqində məsuliyyətlərinin tanınması qətnamənin əsas elementlərini təşkil edir.
Qətnamənin BMT Baş Assambleyasının cari ilin dekabrında keçiriləcək iclasında yekun təsdiqi nəzərdə tutulur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında