Mərkəzi Seçki Komissiyasında

Noyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, iclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən ikisi qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, digərləri isə əsassız olduğundan təmin edilməmişdir. Bundan əlavə, 85 saylı Şamaxı seçki dairəsinin 7 nömrəli seçki məntəqəsi və 10 saylı seçki dairəsinin 18 nömrəli seçki məntəqəsi üzrə seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmışdır.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında