Azərbaycan ilə Livan arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Noyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah ilə görüşmüşdür.
Əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdıran Baş nazir Artur Rasizadə gənc nəslin sağlam böyüməsi naminə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hökumətin gördüyü işlərdən, yaratdığı münbit şəraitdən, xüsusilə idmana göstərilən diqqət və qayğıdan qonağa söz açmışdır. Bunun nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmələri qeyd edilmişdir.
İki ölkə arasında əməkdaşlığın perspektivlərinə toxunan Artur Rasizadə iqtisadiyyat, ticarət, elm, təhsil, humanitar və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü nəzərə çatdırmışdır.
Əli Hüseyn Abdullah hər zaman Azərbaycanın beynəlxalq tədbirlərdə Livanı dəstəklədiyini minnətdarlıqla xatırlamışdır. Respublikamıza səfərindən məmnun qaldığını, burada müşahidə edilən iqtisadi inkişaf tempinin bütün region ölkələri üçün yaxşı nümunə olduğunu deyən qonaq səfər müddətində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Baş nazirə ətraflı məlumat vermişdir. O, Azərbaycan dövlətinin gənclər və idman sahəsində gördüyü böyük işlərdən, yürütdüyü məqsədyönlü siyasətin nəticələrindən bəhrələnəcəklərinə, qarşılıqlı təcrübə mübadiləsindən faydalanacaqlarına əmin olduğunu vurğulamışdır.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun da iştirak etdiyi görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında