Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin dəfn mərasimində iştirak etmişdir

Xəbər verildiyi kimi, aprelin 18-də Polşa Prezidenti Lex Kaçinskinin Krakov şəhərində dəfn mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanı Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki, yerli vaxtla saat 14-də Krakovdakı Müqəddəs Mariya kilsəsində keçirilən dəfn mərasiminə Avropa hava məkanında yaranmış məlum problem üzündən dünyanın bir çox dövlətlərinin rəhbərləri gələ bilməmişlər.
Xatırladaq ki, aprelin 10-da Rusiyanın Smolensk vilayətinin "Severnı" hərbi aerodromunda baş vermiş təyyarə qəzasında faciəli surətdə həlak olmuş Prezident Lex Kaçinskinin, onu müşayiət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi aprelin 18-də Bakı vaxtı ilə saat 15-də Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad edilmişdir.
Sükut dəqiqəsində ölkəmizdə insanların və avtomobillərin hərəkəti dayandırılmış, gəmi və qatarlar səs siqnalları vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında