Səbaildə Qurban bayramı mərasimləri

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər bayram münasibəti ilə qurbanlar kəsib paylamışlar. Belə tədbirlərdən biri Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbail rayon şöbəsində təşkil olunmuşdur.
Ağsaqqallar və veteranlar təşkilatları, korlar, əlillər, 20 Yanvar, "Sodrujestvo" cəmiyyətləri rayon şöbələri təmsilçilərinin, bayramda yaxından iştirak etmiş idarə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən mərasimə toplaşanları təbrik edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev bildirdi ki, müsəlman dünyasının ən əziz günlərindən olan Qurban bayramı Azərbaycanda da böyük təntənə ilə keçirilir, ulu Yaradana sonsuz sevgi və xoş diləklərlə əlamətlar olur. Bu zaman imkanlı insanlar öz xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərir, savab qazanırlar. Bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərmək borc və şərəfdir. Bu bayram insanları mərhəmətə, ziyarətə, bərabərliyə çağırır.
Bildirilmişdir ki, bu il rayon ictimaiyyəti nümayəndələrindən 2 nəfər - Zahid Nəzərov və Baladadaş Sultanov Həcc ziyarətinə göndərilmişdir. Qurban bayramı günlərində Səbail rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, ərazidə yerləşən 27 yataqxanada məskunlaşmış məcburi köçkünlərə, kimsəsizlərə, tənhalara ... - ümumilikdə 2300-dən çox ailəyə qurban payları verilmişdir.
Tədbirdə çıxış edən ictimai qurumların, məcburi köçkünlərin nümayəndələri göstərilən yardımlardan razılıq etmiş, Qurban bayramının dövlət miqyasında təntənə ilə keçirilməsi üçün yaratdığı şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qurban bayramında Badamdar və Bibiheybət qəsəbələrində, "Bibiheybət" ziyarətgahında, İçərişəhərdəki "Cümə" məscidində də mərasimlər keçirilmiş, məscidlərdə bayram süfrələri təşkil olunmuşdur.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında