Ramiz MEHDİYEV: Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir

Azərbaycanda parlament seçkilərini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar vardır. Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev demişdir.
R.Mehdiyev bildirmişdir ki, müşahidə missiyalarının tərkibində ayrı-ayrı insanlar var idi və onların mövqeləri fərqli olmuşdur. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qrupunun mövqeyi Avropa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqlidir. Hesab edirəm ki, bu, subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir.
Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, ATƏT-in DTİHB qrupu hər dəfə ölkəmizdə seçkilər keçiriləndə Azərbaycanda olarkən bir fikri söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edirlər. Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir. Ümumiyyətlə, Azərbaycanda siyasi və iqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçkilər də belə sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu günlərdə Mərkəzi Seçki Komissiyasında (MSK) artıq müəyyən narazı insanların müraciətlərinə baxılır. Düşünürəm ki, bu yaxınlarda bu məsələlər də öz həllini tapacaqdır. Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olmuşdur. MSK bu səhvlərə baxıb qiymət verəcəkdir. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında