AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmışdır

Noyabrın 16-da Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin yığıncağı keçirilmişdir.
Komitə üzvləri gündəliyə çıxarılmış Bosniya və Herseqovinada dövlət quruculuğunun inkişafı, noyabrın 28-də Moldovada keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti, Gürcüstanda və Ukraynada son vaxtlar baş vermiş hadisələr, Gürcüstanla Rusiya arasında mövcud münasibətlər məsələlərini müzakirə etmişlər. Yığıncaqda noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin gedişini müşahidə etmiş ölkəmiz üzrə həmməruzəçilər Pedro Aqramuntun (İspaniya) və Cozef Debano Qrexin (Malta) məlumatları dinlənilmişdir.
Pedro Aqramunt Azərbaycanda parlament seçkiləri və bununla bağlı komitədə etdiyi çıxış barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində demişdir: "Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə edən istər yerli, istərsə də beynəlxalq missiyalara hər cür şərait yaradılmışdı. Müşahidə zamanı hər hansı bir problem ortaya çıxmamışdır. Seçkilər Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilmişdir.
Azərbaycandakı parlament seçkiləri Azərbaycan üzrə həmməruzəçilər də daxil olmaqla, Avropa Şurasının 30 nəfərdən ibarət missiyası tərəfindən müşahidə olunmuşdur. Seçkilər zamanı hər hansı qanun pozuntusu qeyd olunmamış, seçkilər ədalətli, şəffaf keçmiş, narahatlıq doğuran problemə rast gəlinməmişdir. Bu isə öz növbəsində Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə yaxşı hazırlıq gördüyündən, bu sahədə öz işini təkmilləşdirdiyindən xəbər vermişdir. Seçki məntəqələri müasir avadanlıqla təchiz edilmiş, seçicilər arasında maarifləndirmə işləri aparılmışdır.
Bütün bunlarla yanaşı, Mərkəzi Seçki Komissiyası seçki sisteminin daha da təkmilləşdirilməsi istiqamətində bəzi işlər görməlidir.
2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə bu dəfə istər seçkilərə hazırlıq istiqamətində, istərsə də onun gedişində böyük dönüş yarandığını görməmək mümkün deyildir. Seçkilərin yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçməsi üçün Mərkəzi Seçki Komissiyası xeyli iş görmüş, öz işində dönüş yarada bilmişdir. Ən əsası odur ki, seçkilər sakit şəraitdə keçmişdir. Əvvəlkindən fərqli olaraq, bu seçkidə ölkədəki bütün müxalifət partiyaları iştirak etmişlər. Bu isə özlüyündə yaxşı hal və demokratiyanın inkişafı kimi dəyərləndirilməlidir.
Ümid edirik ki, Azərbaycanda gələcək seçkilər daha yüksək səviyyədə olacaqdır".

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında