Azərbaycan aliminin kitabı Rusiyada nəşr edilmişdir

Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)" kitabı Rusiyada yenidən nəşr olunmuşdur. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda min tirajla çap edilmişdir.
Xatırladaq ki, kitab ilk dəfə 2009-cu ildə nəşr edilmişdir. Rus dilində nəşr olunan kitab iki fəsildən ibarətdir. "Psixologiyada yaradıcılığın tədqiqi tarixi" adlanan birinci fəsildə "Yaradıcılığın psixologiyası probleminin tarixi analizinin əsasları", "Qədim dövrlərdə yaradıcılıq: Hind, Çin və Antik fəlsəfədə şəxsiyyətin yaradıcı aktivliyi problemi", "Orta əsrlərdə yaradıcılıq: Şəxsiyyətin yaradıcı fəaliyyəti - ərəb fəlsəfənin əsas atributu kimi", "Qərb psixologiya tarixində yaradıcılıq", "Sovet psixologiyası və Azərbaycanda yaradıcılıq", "Yaradıcılıq probleminin inkişaf yolları" adlı bölmələr yer almışdır.
"Şəxsiyyətin fenomenologiyası" adlı ikinci fəsildə isə "Yaradıcılığın paradoksları", "Yaradıcılıq - psixikanın qoruyucu mexanizmi kimi", "Şəxsiyyət və onun strukturu", "Hissiyyat, iradə, fəaliyyət", "Yaradıcılıq - şəxsiyyət azadlığı və tənəzzülü", "Cəmiyyətin və yaradıcı şəxsiyyətin qarşıdurması", "Mədəniyyətin psixologiyası və şəxsiyyətin tipologiyası", "Şəxsiyyətin psixoloji tipləri", "Şəxsiyyət nəzəriyyəsi - onun tipologizasiyası" və "L.N.Qumilyov passionarlığı və şəxsiyyətin struktur tipologiyası" məsələlərinə toxunulmuşdur.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında