Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbulda müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirmişdir

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın İstanbuldakı baş konsulluğu İstanbuldakı Atatürk tələbə yataqxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimiz üçün tədbir keçirmişlər.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikinin mətni oxunmuşdur. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov çıxış edərək, Fondun prezidenti Mehriban xanım Əliyevanın bayram təbriklərini tələbələrimizə çatdırmışdır. Heydər Əliyev Fondunun Türkiyənin Ankara, İstanbul, İzmir, Bursa, Adana, Samsun, Əskişəhir, Çanaqqala və Kocaeli şəhərlərində Qurban bayramı tədbirləri təşkil etdiyini bildirən Samir Cəfərov tələbələrimizə uğurlar diləmiş, dövlətimizin qayğısı ilə təhsil alan gənclərin gələcəkdə Vətənimiz üçün faydalı olacağına inamını ifadə etmişdir. Sonra tədbir bayram süfrəsi arxasında davam etmişdir. Tələbələrimizin milli musiqimizin sədaları altında etdikləri rəqslər tədbirə xoş ovqat qatmışdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında