Rusiyanın "Astravel" şirkətinin Azərbaycanın işğal altında olan ərazilərinə turları dayandırılmışdır

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş məlumatda deyilir ki, Moskva şəhərində yerləşən "Astravel" şirkətinin "Ermənistanın qızıl halqası" 14 günlük turu çərçivəsində Azərbaycanın işğal edilmiş ərazilərinə də 3 günlük səyahətlərin təşkil edildiyi bildirilmişdir.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, bununla əlaqədar, səfirlik sözügedən şirkətin rəhbəri Valeri Loşşitsə müraciət etmiş və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilinin qeyri-qanuni olduğunu izah etmişdir.
"Astravel" şirkətinin müxtəlif bəhanələrinə baxmayaraq, səfirlik işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səyahətlərin təşkil edilməsinin yolverilməzliyini qəti şəkildə vurğulamış və bu cür səyahətlər zamanı Rusiya vətəndaşlarının təhlükə altına qoyulmasını qeyd etmişdir.
Səfirlik tərəfindən aparılmış işin nəticəsində V.Loşşits Azərbaycanın işğal edilmiş ərazilərinə səyahətlərin dayandırıldığını bildirmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında