"Azərbaycanda parlament seçkiləri Avropa dəyərlərinə və standartlarına uyğun keçirildi"

Azərbaycanda növbəti parlament seçkiləri uğurla başa çatdı. Dünyanın bir sıra aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi ilə keçən seçkilər haqqında bir çox Qərb və Şərq ölkələrinin mətbuat orqanları müsbət fikirlər söyləməkdədir.
Doğrudur, hələ Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası seçkilərin son nəticələrini elan etməyib, amma artıq seçkilərin gedişi ilə bağlı müşahidə aparan bir sıra "exit-poll" təşkilatları seçkilərin ilkin nəticələrini açıqlayıb. Tezliklə MSK da nəticələri elan edəcək və seçicilər özlərinin səs verdikləri dairələrdə hansı namizədin daha çox səs toplayaraq deputat seçildiyi barədə dəqiq məlumat ala biləcəklər. Ancaq bu gün artıq bir həqiqət öz təsdiqini tapıb ki, Azərbaycan Respublikası özünün 19 illik müstəqilliyi dövründə növbəti dəfə azad, ədalətli və demokratik seçkilərini keçirdi, Azərbaycan qanunlarına və beynəlxalq standartlara uyğun şəkildə parlamentin yeni heyətini müəyyənləşdirdi.
Beləliklə, Azərbaycan bütün dünyanın gözü qarşısında növbəti dəfə demokratiya sınağından uğurla çıxdı. Ölkə növbəti demokratik seçkiləri arxada qoydu, demokratikləşmə istiqamətində daha bir addım irəli getdi. Bu fikri seçki günü prosesi yaxından izləmiş yerli və xarici müşahidəçilər, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri də birmənalı şəkildə təsdiq etdilər. Xarici müşahidəçilərdən bir neçəsinin rəyini oxucuların diqqətinə çatdırırıq:
Bavariya parlamentinin deputatı Krista Ştiven: "Noyabrın 7-də bir neçə seçki məntəqəsində səsvermənin gedişini izləmişəm. Gördüklərim Azərbaycanda parlament seçkilərinin Avropa dəyərlərinə və standartlarına uyğun keçirilməsini söyləməyə əsas verir. Azərbaycanda səsvermənin təşkili prosesində ən müasir texnologiyalardan istifadə demokratik seçki mühitini möhkəmləndirir. Bunu irəliyə atılan addım kimi dəyərləndirirəm. Qeyd etmək istəyirəm ki, Almaniyada da seçkilərin təşkili zamanı bu cür texniki avadanlıqlardan istifadə olunur. Seçkilərdə həm müxalifətin, həm iqtidarın nümayəndələrinin, həm də bitərəflərin namizəd qismində iştirakı ölkədə aktiv seçki mühiti olduğunu təsdiqləyir".
Qeyd edək ki, xarici ölkələrdən gəlmiş müşahidəçilər təkcə Bakı şəhərində deyil, ayrı-ayrı rayonlarımızdakı seçki məntəqələrində də seçkilərin gedişini izləyiblər və müsbət fikirlər səsləndiriblər. 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının 15 saylı məntəqəsində seçkiləri müşahidə edən ATƏT müşahidə missiyasının üzvü Gerhard Kutzner bildirib: "Seçki çox yaxşı təşkil edilib və insanlar məntəqələrə gələrək müstəqil şəkildə səs verirlər. Müşahidələrimə əsasən demək istərdim ki, məntəqə seçki komissiyasında işləyənlər öz işlərini çox dəqiq yerinə yetirirlər. İndiyədək hər hansı neqativ halla rastlaşmamışıq. Vətəndaşlar çox həvəslə məntəqələrə gələrək müstəqil şəkildə istədikləri namizədə səs verirlər".
109 saylı Balakən seçki dairəsinin Qullar kəndində yerləşən 10 saylı məntəqəsində müşahidə aparan ATƏT müşahidə missiyasının İspaniyadan olan üzvü Palsdoti Raqinhedur: "Seçki prosesində hər hansı pozuntu halı qeydə almamışıq. Seçki prosesinin normal getdiyini müşahidə etdik".
ATƏT müşahidə missiyasının müşahidəçiləri 92 saylı Zərdab-Ucar seçki dairəsində də səsvermə prosesini izləyiblər. Dairədəki 46 saylı məntəqədə müşahidə aparan ATƏT müşahidəçisi Roman Dekanski seçkilərin normal təşkil olunduğunu bildirib. O, gün ərzində baş çəkdikləri məntəqələrdə qanun pozuntuları ilə rastlaşmadıqlarını, prosesin demokratik keçdiyini deyib.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında