Parlament seçkilərində qanun pozuntularına yol verilmədi

Bu fikir Azad Respublikaçılar Partiyasının bəyanatında əksini tapıb
Dördüncü çağırış Milli Məclisə seçkilər başa çatar-çatmaz məğlubiyyəti etiraf etmək mədəniyyətinə hələ də yiyələnə bilməyən bəzi siyasi partiyalar heç bir əsası olmayan bəyanatlar yaymağa başlayıblar. Seçkilərdə biabırcasına məğlub olmuş "AXCP - Müsavat" siyasi partiyalar blokunun namizədləri məğlubiyyətlərini ört-basdır etmək üçün müxtəlif yalanlara, iftira və böhtanlara əl atırlar. Onlar öz köhnə adət-ənənələrinə sadiq qalaraq guya seçkinin saxtalaşdırıldığını və onların səslərinin oğurlandığını iddia edirlər. Əsl həqiqətdə ilə xalq radikalizmə "yox" deyib.
Builki parlament seçkilərində iştirak edən siyasi partiyaların əksəriyyəti seçkilərin azad və demokratik şəraitdə keçirildiyini bəyan ediblər. Müxalifətdə olan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Həmrəyliyi, Sosial Rifah və Ədalət partiyaları birgə bəyanat qəbul edərək seçkilərin şəffaf və demokratik şəkildə, beynəlxalq standartlara uyğun keçirildiyini diqqətə çatdırmışlar.
Bu seçkilərdə iştirak edən, lakin mandat qazana bilməyən, məğlubiyyətini etiraf edən, seçkilərin azad və demokratik şəraitdə keçirildiyini bəyan edən siyasi partiyalar da var. Bu partiya rəhbərləri "seçkilər total saxtakarlıq şəraitində keçirildi", "bu seçkilər beynəlxalq standartlara uyğun deyil" fikirləri ilə qətiyyən razılaşmadıqlarını bildirirlər. Həmin partiyaların nümayəndələri seçkilərdə məğlub olsalar da, parlament seçkilərində hər hansı bir saxtakarlığa və ciddi qanun pozuntularına yol verilmədiyini, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildiriblər.
Seçkilərin azad və demokratik şəraitdə keçirildiyini bildirən Azərbaycan Azad Respublikaçılar Partiyası da bəyanat qəbul edib. Qeyd edək ki, bu partiyanın namizədləri seçkilərdə qələbə qazana bilməyiblər. Partiyanın adından yayılan bəyanatda deyilir: "Məlum olduğu kimi, ölkəmizdə çox ciddi və əlamətdar bir dönəm - növbəti parlament seçkiləri başa çatdı. Bütövlükdə deputatlığa namizədlərə və seçicilərə ölkəmizdə yaradılan yüksək şərait bir daha imkan yaratdı ki, parlament seçkiləri azad, ədalətli və demokratik şəraitdə keçirilsin. Belə ki, ölkə rəhbərinin ciddi siyasi iradəsi və yerlərdə həmin siyasi iradənin təntənə çalması, demokratik və şəffaf seçki mühitinin formalaşdırılması, namizədlər üçün bərabərhüquqlu seçki mühitinin yaradılması imkan verdi ki, seçkilər azad və ədalətli şəkildə baş tutsun.
Uğurla həyata keçirilən demokratik islahatlar nəticəsində bərqərar olan şəffaf seçki mühiti və onun müvəffəqiyyətlə başa çatması seçki prosesini izləyən əksər beynəlxalq təşkilatların da hesabatlarında öz əksini tapıb. Uzunmüddətli müşahidə missiyasını üzərinə götürən həmin təşkilatlar Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq normalara uyğun olduğu, bu seçkilərin ölkənin beynəlxalq nüfuzu baxımından daha əhəmiyyətli bir hadisəyə çevrildiyini vurğulayıblar.
Azad Respublikaçılar Partiyası xüsusilə diqqətə çatdırır ki, ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik və iqtisadi yüksəliş ənənəvi olaraq istər radikal müxalifət nümayəndələrini, istərsə də onların xarici "himayədar"larını narahat edir. Onlar öz xislətlərinə uyğun olaraq bu faktorları "görmək və qəbul etmək" iqtidarında deyildir. Heç bir siyasi və sosial bazası olmayan radikal müxalifətin seçki öncəsi və seçkilərdən sonra populist bəyanatlar verməsi onların düçar olduqları ağır məğlubiyyətdən sığortalanma cəhdindən başqa bir şey deyildir.
Qeyri-ciddi və radikal müxalifətin seçkilərin ədalətli nəticələri ilə bağlı yaratdığı "şou"lar parlament seçkilərinin demokratik və şəffaf şəraitdə keçirilməsinə kölgə sala bilməz. Bu seçkilərdə bir daha acınacaqlı şəraitdə məğlub olan "AXCP-Müsavat" birliyinin əsas problemi seçilmək deyil, onların əsas problemi müxalifət kimi var olmalarını cəmiyyətə və "hesabat verdikləri" bəzi xarici təşkilatlara sırımaq istəyidir. Cəmiyyətimizin çoxdan "yox" dediyi AXCP-Müsavat qaragüruhunun "seçki donosları"və qərəzli mövqeyi partiyamız tərəfindən hiddətlə qarşılanır və qınanır.
Qəti şəkildə bəyan edirik ki, ABŞ Dövlət Departamentinin də tutduğu qərəzli mövqe haqlı olaraq xalqımız, o cümlədən partiyamız tərəfindən qətiyyətlə pislənilir".

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında