Ombudsman aparatında universal dövri icmal üzrə tövsiyələrin icrası müzakirə edilmişdir

Ombudsman aparatında BMT nümayəndəsinin iştirakı ilə universal dövri icmal (UDİ) üzrə tövsiyələrin icrası müzakirə edilmişdir.
Ombudsman aparatından bildirmişlər ki, müvəkkil Elmira Süleymanova insan hüquqları üzrə tətbiq olunan yeni mexanizmlər sırasında UDİ-nin daha çox önəm kəsb etdiyini, bu prosesdə QHT-lərin də alternativ hesabatlar təqdim etdiklərini diqqətə çatdırmışdır. O, bu prosesin hazırlıq, iştirak və verilmiş tövsiyələrin öyrənilərək həyata keçirilməsi kimi üç mərhələdən ibarət olduğunu qeyd etmişdir. Müvəkkil icmal prosesinin bir neçə il əvvəl başlandığını, hazırda həmin prosesin qiymətləndirilməsinin ilk mərhələsinin davam etdiyini vurğulamışdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa, Mərkəzi Asiya və Amerika bölməsinin rəhbəri Cianni Maqazzeni UDİ anlayışının mahiyyəti, insan hüquqları sahəsində bu mexanizmin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Milli insan hüquqları təsisatları, o cümlədən səmərəli, peşəkar fəaliyyət göstərən Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırmışdır. O dövlət qurumları ilə yanaşı, QHT-lər və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Çıxış edən QHT nümayəndələri insan hüquqları sahəsində maarifləndirmə işinin genişləndirilməsinin, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında dialoqun, qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında