Nəsimi rayonunda Konstitusiya Günü qeyd edildi

Nəsimi rayonunda Konstitusiya Günü qeyd olunmuşdur.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Konstitusiya Günü münasibətilə məruzə etmişdir. Natiq bildirmişdir ki, 15 il əvvəl - 12 noyabr 1995-ci ildə keçirilən referendumda Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkənin Əsas Qanunu - Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən başlıca amil oldu.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Əsas Qanunun qəbul edilməsindən sonra ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişafa və tərəqqiyə nail olunmuşdur.
Sonra rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Xəlil Qarayev, Nəsimi bələdiyyəsinin sədri Natiq Abbasov və başqaları Konstitusiyanın qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulamış və qeyd etmişlər ki, müasir dövlətimizin hüquqi və siyasi təməlini qoymuş Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyini sübut edir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında