AzərTAc-ın internet saytının wap versiyası fəaliyyətə başlamışdır

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın internet saytının wap versiyası istifadəyə verilmişdir.
Son vaxtlar AzərTAc internet resursunun istifadəçiləri üçün yeni imkanlar təqdim edir. Bu istiqamətdə iş Prezident İlham Əliyevin "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2010-cu il 22 aprel tarixli sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar həyata keçirilir.
Yeniliklərin tətbiqindən məqsəd Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatına dair informasiyaları daha operativ və çevik yaymaq, habelə beynəlxalq aləmdə cərəyan edən hadisələr barədə ölkə ictimaiyyətini dolğun məlumatlandırmaqdır.
Saytın wap versiyası mobil telefon istifadəçilərinə AzərTAc-ın informasiyaları və fotomaterialları ilə istənilən yerdə, günün istənilən saatında tanış olmaq imkanı yaratmışdır.
AzərTAc hazırda beş xarici dildə - ingilis, alman, fransız, ərəb və rus dillərində informasiya yayır, multimedia, videoxəbər və infoqrafika xidmətlərinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Mobil telefon istifadəçiləri saytın yeni versiyasına wap.azertag.com ünvanından daxil ola bilərlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında