Sergey Lebedev: Parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçib

Dördüncü çağırış Milli Məclisə seçki prosesini izləmiş beynəlxalq müşahidəçilərin bir qrupu artıq öz münasibətlərini açıqlayıb.
MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib ki, hələ oktyabrın 18-də müşahidə missiyasının bir qrupu Azərbaycanda olmuş, seçki kampaniyasına hazırlığın gedişi ilə maraqlanmışdır. Müşahidələr zamanı seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı qeyd edilmişdir. Bütün seçki məntəqələri hər cür ləvazimatlarla təmin olunmuş, namizədlərin bərabərhüquqlu təbliğat-təşviqat kampaniyası aparılması, seçkilərdə şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə edilməsi diqqətə çatdırılmışdır. S.Lebedev müşahidə missiyasına müxalifət partiyalarının nümayəndələri, deputatlığa namizədlər və onların vəkilləri ilə görüşmək üçün hər cür şərait yaradıldığını vurğuladı. O dedi ki, seçkiyə qədər aparılan bütün hazırlıq işləri bizim müşahidəçilərin diqqət mərkəzində olmuşdur.
Müstəqil Dövlətlər Birliyinin və MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyasının üzvləri birgə keçirdikləri mətbuat konfransında MDB müşahidə missiyasının rəhbəri deyib ki, 7 noyabr parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib. Hakimiyyət şəffaf seçki keçirilməsi üçün bütün zəruri tədbirləri gördü. O, müşahidə aparmaq üçün hər cür şəraitin yaradıldığını, 8 MDB ölkəsindən 352 müşahidəçinin 3 minə yaxın seçki məntəqəsində olduğunu söyləyib. S.Lebedev bildirib ki, Azərbaycanın seçki qanunvericiliyinə dəyişikliklər və parlament seçkilərinin şəffaf keçirilməsi MDB müşahidə missiyasında pozitiv təəssürata səbəb olub: "Müşahidəçilərə münasibəti xüsusi qeyd etmək istərdim. Lazımi sənədlər və məlumat heç bir məhdudiyyət olmadan verilirdi. Azərbaycan vətəndaşlarına 5-8 namizəddən birini seçmək üçün real şərait yaradılmışdı".
Bir neçə seçki məntəqəsində texniki xarakterli nöqsanlar qeydə alındığını diqqətə çatdıran S.Lebedev, fakt kimi seçici siyahılarında bəzi hallarda seçicilərin adının olmaması və bəzi seçki məntəqələrində müşahidəçilər üçün stulların uzaqda qoyulmasını göstərib: O, bununla bağlı dedi: "Bizim tövsiyələrimizdən sonra müşahidəçilərin yerləri bir qədər yaxına çəkildi. Missiyanın qərargahına ciddi nöqsanlar barədə siqnallar daxil olmayıb. 50 faizdən artıq seçici aktivliyi yaxşı göstəricidir".
S.Lebedev MDB müşahidə missiyasının qiymətləndirməsinin Qərbdən olan müşahidəçilərin rəyləri ilə üst-üstə düşdüyünü deyib. O, Azərbaycanda keçirilən seçkilərdə tətbiq olunan bəzi yeniliklərdən hələ də Qərb dövlətlərində tətbiq olunmadığını bildirib.
MDB Parlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri Svetlana Orlova 114 seçki məntəqəsində müşahidə apardıqlarını, seçkilərin demokratik, şəffaf və əvvəlki seçkilərdən daha yüksək səviyyədə keçirildiyini bəyan edib. O, seçki komissiyalarının üzvləri və yerli müşahidəçilər arasında qadınların sayının çox olmasını yüksək qiymətləndirərək dedi: "Biz 114 məntəqədə olduq, seçki prosesinin səviyyəsi çox yüksək idi. Seçki komissiyaları fəal işləyirdi, "exit-poll"-un olmasını da müsbət faktor kimi qiymətləndiririk. Hətta AŞPA seçki məntəqələrinin yüksək texniki təminatını qeyd edib. Majoritar sistem üzrə seçkilərin keçirilməsi artıq demokratiya əlamətidir. Seçkilər və xalqın iradəsi baş tutdu".
Rusiya Dövlət Dumasının nümayəndəsi Yelena Dubrovina seçkilərin sakit keçdiyini, xırda nöqsanların qeydə alındığını diqqət çatdırdı.
MDB müşahidəçiləri Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan etdilər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında