Dövlət mükafatları təqdim olundu

Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra təltif edilmiş Milli Ordunun baş leytenantları Emin Həsən oğlu Əliyevin və Tağı Tahir oğlu İbrahimovun dövlət mükafatları ailələrinə təqdim olunmuşdur.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, bu gün biz Nəsimi rayonunun sakinləri Emin Əliyev və Tağı İbrahimovun ailə üzvlərinə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalının təqdimatında iştirak edirik. Ordumuzun bu iki baş leytenantı 1993-1994-cü illərdə Füzuli bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Mən bu igid oğulların valideynlərinə doğma Vətəni uğrunda canlarından keçmiş övladlar boya-başa çatdırdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Belə qəhrəmanlar həmişə xalqımızın xatirəsində daim yaşayacaq və qürur mənbəyimiz olacaqlar.
Natiq bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanda möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük inkişafa nail olunmuşdur. Əminik ki, bunun sayəsində doğma Qarabağımız tezliklə düşmən caynağından qurtulacaq və bütün şəhidlərimizin qisası alınacaqdır.
Sonra şəhid Emin Əliyevin layiq görüldüyü "Hərbi xidmətlərə görə" medalı onun atası Həsən Əliyevə, şəhid Tağı İbrahimovun medalı isə anası Sevinc İbrahimovaya təqdim edildi.
Şəhidlərin valideynləri övladlarının Vətən uğrundakı qəhrəmanlıqlarını yüksək qiymətləndirdiyinə və şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə, möhtərəm dövlət başçımız İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında