Pakistanın nüfuzlu qəzetləri Azərbaycanda keçirilmiş parlament seçkilərindən yazır

Pakistan İslam Respublikasının nüfuzlu "Daily İttehad" qəzetinin 12 noyabr tarixli nömrəsində noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı məqalə dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, Bakıda seçkiləri bilavasitə müşahidə etmiş qəzetin baş redaktoru, jurnalist Tahir Faruqun imzası ilə dərc olunan "Yeni Azərbaycan Partiyası seçkilərdə əksəriyyətin səsini qazanmışdır. İqtisadi, təhsil və səhiyyə sahələrində Prezident İlham Əliyevin apardığı islahatlar əhali tərəfindən yüksək qiymətləndirilir" başlıqlı məqalədə noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının seçicilərin böyük əksəriyyətinin səslərini qazanması barədə məlumat verilmişdir. İqtidar partiyasının uğur qazanmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial, səhiyyə, təhsil və digər sahələrdə həyata keçirilən islahatların mühüm rol oynadığı diqqətə çatdırılmışdır.
Qəzetdə vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox önəmli sosial və mədəni layihələrin reallaşdırılmasını təmin etmişdir. Bütün bunları nəzərə aldıqda iqtidar partiyasının parlament seçkilərində qələbəsinin təbii və gözlənilən olduğu aydın görünür.
Məqalədə Azərbaycanda iqtisadi inkişafın əhalinin məişətində də özünü göstərdiyi bildirilmişdir. Qəzet Azərbaycanın vəziyyətini təhlil edənlərin bu ölkənin parlaq gələcəyə malik olduğu qənaətinə gəldiyini də xüsusi vurğulamışdır.
Pakistanda geniş oxucu kütləsinə malik olan "National Herald Tribune" qəzetinin 12 noyabr tarixli nömrəsində də "Azərbaycanda parlament seçkiləri keçirilmişdir" başlıqlı məqalə dərc edilmişdir. Məqalədə seçkilərin beynəlxalq norma və demokratik prinsiplərə uyğun şəkildə keçirildiyi bildirilmiş, bununla əlaqədar Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq təşkilatların - Avropa Şurası Parlament Assambleyasının, Avropa İttifaqı Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, MDB-nin, GUAM-ın seçkilərlə əlaqədar müsbət dəyərləndirmələrinə yer verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında