Qanunu pozanlar cəzalandırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 101 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilib. Ümumilikdə 28 iş üzrə 71730 manat məbləğində cərimə tətbiq edilib. Ondan 8221, 3 manatı ödənilib.
Ətraf mühitə dəymiş ziyanla bağlı 36 iş üzrə 7757,57 manat məbləğində iddia qaldırılıb. Ondan 3907,5 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 124 iş üzrə 16769,33 manat məbləğində ödəmə tətbiq edilib. Ondan 13388,42 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işdən 3-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə icraçılarına göndərilmiş 9 işdən 4-nə baxılaraq müvafiq tədbir görülüb.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında