Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlamışdır

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, onun məktəblilər üçün xüsusi versiyası hazırlanmış, dünyada məşhur videopaylaşım saytı olan YouTube-də Prezidentin rəsmi videokanalı fəaliyyətə başlamış, qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi yaradılmış, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanmış, mobil versiyası istifadəyə verilmiş və çox sayda digər yeni funksiyalarla zənginləşdirilmişdir.
Azərbaycanın turizm cazibədarlığını və xaricilərin artan marağını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün internet səhifəsi (http://president.az/foreign) hazırlanmışdır. Bu səhifədə xarici qonaqlar Azərbaycana gəlmək üçün viza qaydalarına edilmiş ən son dəyişikliklərlə yaxından tanış ola, ölkəmizin müxtəlif şəhərlərində hava durumunu və eyni zamanda, xarici valyutaların manata qarşı cari məzənnəsini öyrənə, Azərbaycanda baş verən hadisələrlə bağlı ən son xəbərləri oxuya bilərlər.
Yaxın gələcəkdə səhifəyə Azərbaycan mədəniyyəti ilə bağlı, həmçinin xarici qonaqlar üçün praktiki əhəmiyyətli digər məlumatların əlavə edilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi öz imkanları baxımından artıq informasiya portalına çevrilməkdədir. Verilən məlumata əsasən, bu istiqamətdə işlər davam etdirilir və tezliklə yeni imkanlar istifadəçilərin ixtiyarına veriləcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında