Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşmüşdür

Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşmüşdür.
Görüşdə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirdi. Qonaq Azərbaycanın gözəl ölkə olduğunu vurğulayaraq, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi.
Mehriban xanım Əliyeva Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahı Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Qonağın ölkəmizə ilk dəfədir ki, səfər etdiyini qeyd edən Mehriban xanım Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan və xalqımız barədə dediyi xoş sözlərə görə təşəkkür etdi.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında