"Ailə sevinci" lotereyası: növbəti "Cek-pot"- 43 000 manat sahibinə təqdim edildi

Son bir neçə həftə ərzində lotereya həvəskarlarının xüsusi həvəs və gərginliklə gözlədikləri hadisə baş verdi. Nəhayət ki, "Ailə sevinci" lotereyasının 44-cü tirajında 43 000 manat məbləğində "Cek-pot" uduldu. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Çünki istər "Ailə sevinci", istərsə də "Azərlotereya" ASC-nin keçirdiyi digər lotereya oyunlarında "Cek-pot" tez-tez udulur və onların məbləği hazırda sözü gedən uduşun məbləğindən dəfələrlə çox olur. Cari ilin çoxsaylı uduşlarından Yardımlı rayon sakini Novruzov Zaur Qaraxan oğlunun aprel ayında "Ailə sevinci" lotereyasında udduğu 130 000 manatı, Zaqataladan Abbasov Rövşən Hidayət oğlunun iyun ayında 5/36 lotereyasında udduğu 92 744 manatı, lap elə bu yaxınlarda, sentyabr ayında, Gədəbəy sakini Məmmədov Vaqif Mikayıl oğlunun "Piramida" lotereyasının 05-ci tirajında udduğu 57 000 manatı göstərmək olar. Bu siyahını çox uzatmaq olar və yeri gəlmişkən, "Azərlotereya" ASC-nin www.azerlotereya.com rəsmi saytına nəzər salsanız bunun şahidi olarsınız. Bəs onda, nədən 43000 manat məbləğində olan bu "Cek-pot" xüsusi maraq və ajiotaj doğurmuşdu?
Lotereya həvəskarları yaxşı bilirlər ki, "Ailə sevinci" lotereyasında "Cek-pot" bir qayda olaraq 35-38 gedişə udulur və son bir neçə ilin təcrübəsi də bu inamı təsdiqləyirdi. Lakin, 38-ci tirajdan başlayaraq, lotereya biliciləri hər tiraj öncəsi "Cek-pot bu dəfə mütləq udulacaq" deyə proqnoz versələr də yanılırdılar. "Azərlotereya" ASC isə tirajdan tiraja həm "Cek-pot"-un məbləğini, həm də uduş imkanı verən gedişlərin sayını artırmaqla uduş şansını maksimuma çatdırsa da "Cek-pot" sanki, tilsimə düşmüşdü və nəhayət ki, "Ailə sevinci"nin növbəti 044-cü tirajında bu şansdan Bakı şəhər sakini, 018543 saylı biletin sahibi, 26 yaşlı Hacıyev Səlahəddin Bəylər oğlu yararlandı. Səlahəddinin aldığı bircə bilet Hacıyevlər ailəsinə 43 000 manat gətirdi və bu məbləğ noyabr ayının 10-da AzTV-nin çoxsaylı tamaşaçılarının gözü qarşısında, canlı yayımda qalibə təqdim edildi.
İndi ölkəmizin müxtəlif bölgələrində neçə-neçə insana məhz bu sözləri hələlik ancaq yaxınları deyirlər. Yaxın günlərdə "Avto Şou" lotereyasının 04-cü tirajının qaliblərinə, Toyota "Corolla" avtomobilini udan 100533 saylı, Kia "Rio" avtomobillərini udan 220743 və 204868 saylı, VAZ 2107 avtomobillərini udan 117631, 129123, 161806, 176143, 176183, 183241, 224533 saylı, 5000 manat udan 153328 saylı, 3000 manat udan 190182 saylı, 2000 manat udan 195516 saylı və 1000 manat udan 212883 saylı lotereya biletlərinin sahiblərinə uduşlar təqdim ediləcək. Aşkarlq və şəffaflıq prinsiplərinə sadiq olan "Azərlotereya" ASC təqdimat mərasimini, həmişəki kimi, AzTV-də canlı yayımda, çoxsaylı tamaşaçı auditoriyası qarşısında keçirəcək və onda biz hamımız qaliblərə ürəkdən "xeyirli olsun!" deyəcəyik.
İlin başa çatmasına az qalıb və lotereya həvəskarlarını möhtəşəm uduşlar gözləyir. "Piramida" lotereyasının "Cek-pot"-u 26 000 manata, 5/36 lotereyasının "Cek-pot"-u 22 400 manata çatıb. Bu uduşları, eləcə də Mercedesi, Toyota "Prado" və Toyota "Corolla"nı, Hyundai "Sonata"nı, Nissan "Sunny"ləri, Kia "Rio"ları, VAZ 2107-ləri, təmirli mənzilləri, 95 000, 75 000, 65 000 manat məbləğində iri uduşları özünüzə və yaxınlarınıza niyə hədiyyə etməyəsiniz?


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında