Respublika ərazisində 785 094 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən 2010-cu ilin payız mövsümünün 1-6 noyabr tarixlərində respublika ərazisinin 391,28 hektar sahəsində 785 094 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Respublika 70,1 hektarda əkilən ağaclardan 69724 ədədi Bakı və ətrafı ərazilərin payına düşür.
Belə ki, Ələt-Salyan yolunun 9,2 hektar sahəsində 9274 ədəd, Ələt-Atbulaq yolunun 7,7 hektar sahəsində 7500 ədəd, Bakı-Şamaxı yolunun 11,9 hektar sahəsində 11 530 ədəd, Bakı-Quba yolunun 11,7 hektar sahəsində 11 670 ədəd, Zığ- Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 17,7 hektar sahəsində 17 527 ədəd, Suraxanı dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 5,5 hektar sahəsində 5500 ədəd, Sabunçu-Atəşgah dairələri arasındakı ərazinin 3 hektar sahəsində 3023 ədəd, Bayıl yamacının 3,4 hektar sahəsində 3700 ədəd ağac və kol bitkisi əkilmişdir.
Əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kür Regional Meşə Tingliyi Müəsisəsi, Xırdalan, Abşeron, Ağcabədi, Zaqatala və Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin tinglik sahələrində yetişdirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 321,18 hektar sahədə 715 370 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümünün sonuna qədər respublika ərazisində 6 130 480 ədəd ağacın əkilməsi nəzərdə tutulub.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.{nl}

M.MÜKƏRRƏMOĞLU,"Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında