Vətən unutmadı qəhrəmanları

Noyabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin binasında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra təltif olunmuş şəhidlər - Milli Ordunun sıravi əsgərləri Əhməd Pəhlivan oğlu Əhmədov və Allahverdi Sahib oğlu Xəlilovun dövlət mükafatlarının ailələrinə təqdim olunması ilə bağlı toplantı keçirildi.
Toplantını açan rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bilbirdi ki, bu gün memarı və qurucusu ulu öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Prezident İlham Əliyevin inkişaf və tərəqqi strategiyası sayəsində regionun lider dövlətinə çevrilmişdir. Həyata keçirilən bu mükəmməl siyasət özünü bütün sahələrdə, o cümlədən ordu quruculuğunda da aydın göstərməkdədir. Möhtərəm Prezidentimizin bu günlərdə qeyd etdiyi kimi, Azərbaycanın Milli Ordusu özünü bütün keyfiyyətlərinə, o cümlədən döyüş qabiliyyətinə görə regionun ən güclü ordusudur.
Natiq qeyd etdi ki, bütün bunlarla bərabər, Azərbaycanın ərazilərinin 20 faizi hələ də işğal altındadır, atəşkəs rejimi mütəmadi olaraq pozulur və erməni işğalçı qüvvələri öz çirkin niyyətlərindən əl çəkmirlər. Lakin, cəbhə bölgəsində belə hərəkətlər onlar üçün artıq xeyli vaxtdır ki, cavabsız və itkisiz ötüşmür. Hər gün Azərbaycan bütün istiqamətlərdə ermənistandan qat-qat güclü olduğunu göstərir.
Sonra R.Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Milli ordunun zabiti Fərid Əhmədov kimi mərd və qəhrəman oğulları olan bir ölkənin torpaqlarının heç zaman işğal altında qalmayacağını dedi və münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyindən və bu istiqamətdə dövlət başçısının həyata keçirdiyi siyasətin uğurlarından geniş söhbət açdı.
Qeyd olundu ki, şəhidlərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Mübariz və Fərid kimi qəhrəman oğulları minlərlədir və onlar Ali baş komandanın əmrini gözləyirlər.
R.Məmmədov bildirdi ki, elə bu gün də biz bura belə mərd oğullardan olan Xətai rayonunun sakinləri Əhməd Əhmədov və Allahverdi Xəlilovun ailə üzvlərinə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalının təqdimatına toplaşmışıq. Milli Ordumuzun bu iki əsgəri 1993-94-cü illərdə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Mən üzümü bu qəhrəman oğulların valideynlərinə və övladlarına tutub demək istəyirəm ki, nə qədər ağır itki olsa da, üzülməyin. Vətəni canlarından uca tutan oğlanlar elə bir zirvəyə qalxıblar ki, daim yaşayacaq və iftixar, qürur mənbəyimiz olacaqlar.
Sonra şəhid Əhməd Həmidovun layiq görüldüyü "Hərbi xidmətlərə görə, medalı onun oğlu Həmid Əhmədova, şəhid Allahverdi Xəlilovun medalı isə qardaşına təqdim olundu. Atasının vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirən dövlətə və onun rəhbəri Prezident İlham Əliyevə ailəsi adından minnətdarlıq edən Həmid Əhmədov bir Azərbaycan gənci olaraq hər an Vətənin işğalçı qüvvələrdən təmizlənməsi yolunda döyüşə hazır olduğunu bildirdi.
Qarabağ müharibəsi veteranları, şəhid anaları adından çıxış edənlər də bu qəbildən olan vətəndaşlara dövlətin göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdilər.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında