"Seçkilərin demokratik, qanunvericiliyin tələblərinə uyğun, heç bir insident olmadan keçirildiyini müşahidə etdik"

Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri başa çatdı. Artıq Mərkəzi Seçki Komissiyası, eləcə də seçkilərin gedişi ilə bağlı müşahidə aparan bir sıra "exit-poll" təşkilatları seçkilərin ilkin nəticələrini elan etməyə başlayıb. Tezliklə seçicilər də özlərinin səs verdikləri dairələrdə hansı namizədin daha çox səs toplayaraq deputat seçildiyi barədə dəqiq məlumat ala biləcəklər. Ancaq bu gün artıq bir həqiqət öz təsdiqini tapıb ki, Azərbaycan Respublikası özünün 19 illik müstəqilliyi dövründə növbəti dəfə azad, ədalətli və demokratik seçkilərini keçirdi, Azərbaycan qanunlarına və beynəlxalq standartlara uyğun şəkildə parlamentin yeni heyətini müəyyənləşdirdi.
Beləliklə, Azərbaycan bütün dünyanın gözü qarşısında növbəti dəfə demokratiya sınağından uğurla çıxdı. Ölkə növbəti demokratik seçkiləri arxada qoydu, demokratikləşmə istiqamətində daha bir addım irəli getdi. Bu fikri seçki günü prosesi yaxından izləmiş yerli və xarici müşahidəçilər, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri də birmənalı şəkildə təsdiq etdilər. Xarici müşahidəçilərdən bir neçəsinin rəyini oxucuların diqqətinə çatdırırıq:
ATƏT-in müşahidə missiyasının nümayəndəsi Lotos Rodriqes: "Hazırda apardığımız müşahidələr zamanı yaradılan şəraitin beynəlxalq normalara cavab verdiyinin şahidi olduq. Normal səsvermənin aparılması üçün bütün münbit şərait yaradılıb. Seçki məntəqələrində kameraların quraşdırılması və internet vasitəsilə səsvermənin izlənməsini böyük nailiyyət kimi qiymətləndirmək olar. Ümidvarıq ki, demokratiya və şəffaf seçkilər uğrunda Azərbaycanın atacağı hər bir addım onu daha da irəli aparacaq".
İspaniyadan olan beynəlxalq müşahidəçi Pelar Villar Antonia bir neçə məntəqədə səsvermənin gedişini izlədiklərini bildirib. Onun sözlərinə görə, müşahidə apardıqları seçki məntəqələrinin 90 faizində səsvermə şəffaf və qanunlara uyğun şəkildə keçirilib.
Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş Tatarıstan Mərkəzi Seçki Komissiyasının sədri Anatoli Fomin də təxminən eyni fikirdə olduğunu bildirib. O qeyd edib ki, məntəqələrin açılış prosesindən başlayaraq seçkilərin gedişini izləyib. Ancaq heç bir qanun pozuntusu və digər bu kimi meyllərlə qarşılaşmayıb.
54 saylı Şabran-Siyəzən seçki dairəsində səsvermənin gedişini izləmiş beynəlxalq müşahidəçi Arnis Cimdars: "Səsvermənin gedişi normaldır, seçicilərin öz hüquqlarını reallaşdırmaları üçün hər cür şərait yaradıldığını müşahidə etdik. Hər şey qanunvericiliyə uyğun keçir. Səhər saatlarında seçicilərin aktivliyi az olsa da, günorta saatlarında aktivlik kifayət qədər artdı".

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında