TürkPA beynəlxalq müşahidəçilər missiyasının üzvləri parlament seçkilərinin gedişindən razıdırlar

Mustafa Kabakçı-Türkiyə Respublikası parlamentinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Komissiyasının rəhbəri:
- Seçkilər demokratiyanın bayramıdır. Azərbaycanda keçirilmiş 7 noyabr parlament seçkilərinin beynəlxalq qanunvericiliyinə və standartlara uyğun olub-olmadığını müəyyən etmək üçün TürkPA beynəlxalq müşahidəçilər missiyası olaraq qısa müddətli monitorinq apardıq.
Müşahidə missiyasının tərkibindəki Türkiyə və Qazaxıstan parlamentinin nümayəndələri kimi Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüşlərimiz oldu. Bu görüşlərdə biz ölkənizdə seçkiyə hazırlıq və görülən işlər haqqında ətraflı məlumat aldıq. Müşahidələr zamanı missiya üzvləri dairə seçki komissiyalarının, seçki məntəqələrinin seçkiyə hazırlıq vəziyyəti ilə tanış olmuş və seçki prosesini təhlil etmişlər. Qeyd edim ki, xarici müşahidəçilərin seçkini rahat şəkildə izləyə bilmələri üçün hər cür zəruri texniki və təşkilati şərait yaradılmışdır. Biz 7 noyabr seçki günü Bakının Binəqədi, Xəzər və Nərimanov rayonlarında müxtəlif seçki məntəqələrinə baş çəkdik. Seçki məntəqəsinin açılması, vətəndaşların səsverməsi və səslərin hesablanmasına qədər olan mərhələləri müşahidə etdik.
Seçki Məcəlləsinə uyğun olaraq, bütün namizədlərə İctimai Televiziyada 4 dəqiqəlik ödənişsiz efir vaxtının ayrılması təqdirəlayiq haldır. Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Bir sıra məntəqələrdə quraşdırılmış veb-kameralar isə seçki prosesini internetdən izləmək imkanı yaratmışdı. "Exit-poll"-un keçirilməsi üçün hər cür şərait var idi.
Biz Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz funksiyalarımızı həyata keçirərkən bitərəflik və neytrallıq nümayiş etdirdik. TürkPA-nın beynəlxalq müşahidə missiyasının gəldiyi rəyə əsasən, bunu deyə bilərəm ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər beynəlxalq standartlara uyğun, demokratik şəkildə keçirilib. Qalib gələn namizədləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Amangəldi Momışev, Qazaxıstan Respublikasının parlamentinin deputatı, İqtisadi İslahatlar və Regional İnkişaf Komitəsinin üzvü:
- Türkdilli Ölkələrin Parlament Assambleyası yeni yaranmasına və fəaliyyət göstərməsinə baxmayaraq, Avropa Parlamenti, eləcə də İslam Konfransı Təşkilatının Parlament Assambleyası səviyyəsində bir qurumdur. TürkPA-nın beynəlxalq müşahidə missiyası olaraq, deyə bilərəm ki, biz burada seçki prosesinə hazırlığı, namizədlərə bərabər şəraitin yaradıldığını gördük.
Müşahidələrimizə əsasən əmin olduq ki, baş çəkdiyimiz bütün məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə keçirilib. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər. Seçicilərdə bir bayram əhval-ruhiyyəsi vardı. Onlar seçkini bir bayram kimi qarşılayır, səsverməyə tələsirdilər. Baş çəkdiyimiz məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq. Seçki demokratik şəraitdə başa çatdı.
Ancaq Qırğızıstanda keçirilmiş parlament seçkilərində isə insanlarda Azərbaycandakı kimi yüksək əhval-ruhiyyə yox idi. 7 noyabr parlament seçkisi ilə bağlı rəyimiz müsbətdir. Ümid edirəm ki, parlamentə seçilmiş deputatlar seçildikləri müddətdə qanunvericiliyə öz töhfələrini verəcəklər. Onlara Azərbaycan xalqının və dövlətinin inkişafında görəcəkləri işlərdə uğurlar arzu edirəm. Ümid edirəm ki, öz işinin öhdəsindən layiqincə gələcək.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında