İrina Şıxşaeva: Azərbaycanda parlament seçkilərinin təşkilinin səviyyəsindən məmnun qaldım

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü kimi 7 noyabr parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş İrina Şıxşaeva bildirdi:
- Bizim nümayəndə heyəti 352 nəfərdən ibarətdir. Onlardan bir neçə nəfəri Quba rayonunda seçkilərin gedişini izləmişlər. Mən də 52 saylı Quba seçki dairəsi üzrə əksər seçki məntəqələrində müşahidələr aparmışam.
Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkilindən razı qaldığımı dərhal vurğulamaq istəyirəm. Mənim müşahidə apardığım bütün məntəqələrdə seçicilərin öz vətəndaşlıq mövqelərini azad, sərbəst şəkildə ifadə etmələri üçün tam şərait yaradılmışdı. Bütün məntəqələr zəruri texniki avadanlıqlarla təmin olunmuşdu. Seçki məntəqələrində çoxlu yerli müşahidəçilərin olması da diqqətimi cəlb etdi. Onların çoxu ilə ünsiyyətdə olurdum. Demək olar ki, hamı seçkilərin təşkilindən razı idi. Onların heç biri ciddi qanun pozuntusu ilə rastlaşdığını bildirmədi. Mən özüm də 7 noyabrda qeyri-normal bir hala rast gəlmədim.
Dağıstandan olan başqa bir həmkarım, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü Gülçöhrə Seyidova seçkiləri əsasən Quba rayonunun ucqar dağ kəndlərində müşahidə edib. Deyir ki, hətta uzaq yaşayış məntəqələrində belə seçicilər üçün hər cür şərait yaradılıb. Seçkilər günü seçicilərin yüksək əhval-ruhiyyədə olmaları da, Gülçöhrə xanımın da, mənim də diqqətimdən yayınmadı. Bax, siz indi soruşursunuz ki, seçkilər barədə fikriniz necədir? Çox yaxşıdır! Başqa cür necə ola bilər? Əgər adamlar yaxşı əhval-ruhiyyə ilə seçkilərə qatılırlarsa, deməli, onlar öz məmləkətlərində baş verən demokratik proseslərdən razıdırlar.
Hər bir demokratik aksiyanın, o cümlədən parlament seçkilərinin keçirilməsinin məqsədi ölkə vətəndaşlarının cəmiyyətin idarəolunması prosesinə mümkün qədər çox cəlb edilməsidir. Mən hiss edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda uğurlu proseslər gedir. Fikrimcə, ölkənizin son illərdəki iqtisadi uğurları da demokratik proseslərin ardıcıl və davamlı olması üçün yaxşı zəmin yaradıb. Düşünürəm ki, Azərbaycan iqtidarı demokratik prosesləri iqtisadi islahatlarla paralel surətdə aparmaqla düzgün iş görür.
Dost Azərbaycanla bizim Dağıstan xalqları arasında tarixən yaxın qonşuluq və dostluq əlaqələri olubdur. Ölkələrimiz arasındakı iqtisadi əlaqələr də ildən-ilə güclənir. Siz yaxşı bilirsiniz ki, Dağıstanda Azərbaycanın zəngin mədəniyyətinə, xüsusən də musiqisinə böyük sevgi var. Bizim xalqlarımız çətin gündə bir-birinə arxa olublar, uğurlarımıza da birgə sevinmişik.
Azərbaycana budəfəki gəlişim zamanı burada şahidi olduğum abadlıq-quruculuq işlərinin vüsəti məni hədsiz dərəcədə sevindirdi. Bakıdan Qubaya elə gözəl, rahat yol çəkilib ki, adamın ruhu belə incimir, nə vaxt mənzil başına çatdığını hiss etmirsən. Sevindirici haldır ki, hazırda təkcə Azərbaycan paytaxtında deyil, bölgələrdə də böyük quruculuq işləri gedir. Qubada abadlıq, səliqə-sahman göz oxşayırdı.
Bizim müşahidə missiyasının bütün üzvləri kimi, mən də Azərbaycandan xoş xatirələrlə ayrılıram. Ümid edirəm ki, 7 noyabrda Azərbaycan xalqının iradəsi ilə yeni seçilmiş parlamentin bütün üzvləri seçicilərin etimadını doğruldaraq dost ölkənin tərəqqisi üçün var gücü ilə çalışacaqlar.{nl}

Qələmə aldı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında