Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Azərbaycan Respublikasının son illərdə qazandığı yüksək iqtisadi nailiyyətlər, milli dövlətçilik ənənələrinin möhkəmlənməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, siyasi nüfuzunun artması bəzi qüvvələrin ciddi narahatlığına səbəb olmaqdadır.
Ölkəmizin artan hərbi qüdrəti, böyük iqtisadi potensialı, demokratik ənənələrin təşəkkülü istiqamətində atdığı qətiyyətli addımlar həmin qüvvələri daha çirkin üsullara əl atmağa vadar edir. Vətən xaini, separatçı Əlikram Hümbətovun oğlu və qohumlarının bu günlərdə Niderland Krallığının Den Haaqa şəhərində Avropadakı bəzi siyasi dairələrdən aldığı qrantlar hesabına Azərbaycan dövləti əleyhinə təşkil etdiyi aksiya bunun bariz nümunəsidir.
Məkrli siyasi iddialarını həyata keçirə bilmədiklərinə görə bütün varlığı ilə Azərbaycana nifrət edən, onun uğurlarını gözü götürməyən bu adamlar yenə də öz xislətlərinə uyğun üsul seçərək əsl simalarını nümayiş etdirmişlər. Acı təəssüf hissi ilə qeyd edirik ki, aksiyada iştirak edənlər hələ də özlərini "azərbaycanlı" adlandırmağa cəsarət edirlər.
Azərbaycanı bölünmüş və parçalanmış görmək istəyən, bu mənfur arzunun həyata keçirilməsi naminə hər kəslə əməkdaşlığa hazır olan separatçılar getdikcə daha böyük pessimizmə və ümidsizliyə qapılaraq aqressivləşir və adi etik qaydaları kobud şəkildə belə tapdalamaqdan çəkinmirlər. Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmağa, onun nüfuzunu aşağılamağa çalışan bu qüvvələr hələ də dərk etmirlər ki, bu cür təşəbbüslər əbəsdir, Azərbaycan xalqının milli birliyinə və həmrəyliyinə, onun bütövlüyünə, dövlətimizin möhkəmliyinə, dövlətçiliyimizin qüdrətinə xələl gətirə bilməz.
Niderlandda və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından daxil olan müraciətləri nəzərə alaraq Dövlət Komitəsi Əlikram Hümbətovun oğlu Tural Hümbətov və onun yaxın ətrafı tərəfindən təşkil olunmuş bu cür aksiyaları separatçılıq, bölücülük və xəyanət kimi qiymətləndirir, xarici ölkələrdə yaşayan bütün soydaşlarımızı bu çirkin hərəkətlərə layiqli cavab verməyə çağırır. Əminik ki, vətəndaşlıq mənsubiyyətindən, siyasi baxışlarından və əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı bölücülüyü və separatçılığı təşviq edən bu təşəbbüslərə öz qəti münasibətini bildirəcəkdir.

{nl}

10 noyabr 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında