Azərbaycan Prezidenti İlham Əliyevin adından Təzəpir məscidində Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Təzəpir məscidində şəhid oğullarımız - Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin adından və öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, şəhidlərin ruhlarını yad etmişdir. Şeyxülislam A.Paşazadə şəhidlərə, onların ailələrinə dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bu sahədə Prezident İlham Əliyevin səylərini yüksək dəyərləndirmişdir.
Tədbirdə iştirak edən Daxili İşlər, Müdafiə nazirliklərinin, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxınlarına və qohumlarına başsağlığı vermişlər.
Mərasimə toplaşanlar adından çıxış edən ağsaqqal Fəttah Heydərov şəhidlər haqqında ürək sözlərini söyləmiş, onların valideynlərinə başsağlığı vermişdir.
İştirakçılar şəhidlərin mübarək məzarlarını ziyarət etmişlər. Sonra ehsan mərasimi davam etmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında