Azərbaycan ilə Küveyt arasında bugünkü əlaqələr bütün İslam dünyası ölkələri üçün gözəl nümunədir

Azərbaycan ilə Küveyt arasında bugünkü əlaqələr bütün İslam dünyası ölkələri üçün gözəl nümunədir. Bu fikir noyabrın 11-də Baş nazirin müavini Elçin Əfəndiyevin Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşündə səslənmişdir.
Görüşdə E.Əfəndiyev Azərbaycan ilə Küveyt arasında əlaqələrin möhkəmliyini diqqətə çatdıraraq, iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini söyləmişdir. O, beş il əvvəl Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını söyləyərək, bu sahədə Küveyt ilə qarşılıqlı əməkdaşlığın böyük fayda verə biləcəyini demişdir. Ümumiyyətlə, ölkədə ailə, qadın və uşaq problemlərinin həlli dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Məlumat verilmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ölkədə olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətini isə məhz uşaqlar və qadınlar təşkil edirlər. Bu baxımdan ailə, qadın və uşaqlarla bağlı problemlərin həlli Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir.
Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ölkələrimiz arasında əlaqələrin getdikcə daha da möhkəmləndiyini söyləmişdir. O, səfəri çərçivəsində Azərbaycan ilə Küveyt arasında qadın problemlərinin həlli sahəsində sıx əlaqələrin yaranacağına əminliyini bildirmişdir.
Qonaq işğal altında olan Azərbaycan torpaqlarının tezliklə geri qaytarılacağına ümid etdiyini söyləmişdir. Bu məsələnin həllində İslam ölkələrinin həmrəyliyinin vacibliyi vurğulanmışdır. Komitənin sədri Azərbaycan ilə Küveyt arasında bugünkü əlaqələri bütün İslam dünyası ölkələri üçün gözəl nümunə adlandırmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında