Rusiya XİN: Azərbaycanda parlament seçkiləri daxili və beynəlxalq standartlara tam uyğundur

Azərbaycanda parlament seçkilərinin legitimliyi heç bir şübhə doğurmur, daxili və xarici standartlara tam uyğundur. İTAR-TASS xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsinin müavini Aleksey Sazonov noyabrın 11-də jurnalistlərlə görüşündə səsləndirmişdir.
O demişdir: "Biz hesab edirik ki, baş tutmuş seçkilər Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğundur. Onların legitimliyi heç bir şübhə doğurmur".
Bununla belə, diplomat diqqəti belə bir məsələyə cəlb etmişdir ki, bir sıra xarici müşahidəçilərin rəyləri, xüsusən, cəmiyyətin demokratikləşməsi yolunda kifayət qədər tərəqqi əldə olunmadığı barədə qeydləri MDB müşahidəçilər missiyasının baxışları ilə ziddiyyət təşkil edir. Sazonov demişdir: "Hesab edirik ki, bu, Azərbaycanda həmin istiqamətdə görülmüş işləri açıq-aşkar görməmək istəyindən irəli gəlir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında