Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasında illik hesabatla çıxış etmişlər

Azərbaycanın Avstriyadakı səfirliyindən bildirilmişdir ki, ATƏT-in Daimi Şurasının noyabrın 11-də Vyanada keçirilmiş iclasında Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış etmişlər.
Anji Kaspşik çıxışında bildirmişdir ki, ötən ilin noyabrından indiyədək keçən dövrdə qoşunların təmas xəttində vəziyyət sabit, lakin gərgin olmuşdur. Xüsusi nümayəndə bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra qəbul edilmiş bəyanatı alqışlamışdır.
Həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) çıxışlarında hesabat dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan arasında keçirilmiş görüşlər və aparılan danışıqlar barədə məlumat vermişlər.
İclasda iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri məsələ ilə bağlı çıxış etmişlər. Azərbaycan nümayəndə heyəti adından qeyd edilmişdir ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü çərçivəsində həm Azərbaycan, həm də erməni icmalarının hüquqlarını təmin edəcək özünü idarəetmə modelinin razılaşdırılmasına hazırdır. Minsk qrupunun tərəflərlə müzakirə etdiyi belə bir modelə əsasən regionun statusu gələcəkdə müəyyən edilməlidir ki, bunun üçün də obyektiv şərait yaradılmalıdır. Yəni, Ermənistan tərəfindən işğal edilmiş ərazilər boşaldılmalı, məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və kommunikasiya xətləri bərpa edilməlidir.
Bir daha diqqətə çatdırılmışdır ki, bu məsələlər ətrafında aparılan müzakirələrdə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe razılığın əldə edilməsinə imkan vermir. Lakin bu müzakirələr, hələ ki, ilkin mərhələdəki əsas prinsiplərin işlənməsinə yönəlmişdir və bundan sonra əsas saziş üzərində iş aparılmalıdır. Hazırkı mərhələdə müzakirə edilən məsələlərə növbəti mərhələdə də baxılacağını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti tərəflərin razılaşmada çətinliklərinin aradan qaldırılması, müzakirələrin daha effektiv aparılması üçün məsafənin qısaldılması və işin əsas sazişin işlənməsinə yönəldilməsini təklif etmişdir.{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında