Xaçmazda “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda zona seminar-müşavirəsi keçirilmişdir

Martın 15-də Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Auditorlar Palatası və G&R Biznes Xidmətləri MMC (GRBS) Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqimövzusunda zona seminar-müşavirəsi keçirilmişdir.

{nl}

Tədbirdə icra hakimiyyəti strukturlarının, müvafiq iqtisadi qurumların nümayəndələri, regionlardakı təsərrüfat subyektlərinin rəhbərləri və mütəxəssisləri iştirak etmişlər.

{nl}

Seminar-müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

{nl}

Ümumi iclasda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirin əhəmiyyətindən danışmış, “Regionların sosial-iqtisadi inkişafı proqramının uğurları” mövzusunda məruzə etmişdir.

{nl}

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NovruzovunSosial-iqtisadi inkişafın Azərbaycan modelində şəffaflıq amili”, GRBS Tədris Mərkəzinin direktoru Bəhram QurbanovunBeynəlxalq Mühasibat Uçotu Standartlarının Azərbaycanda tətbiqi və Milli Mühasibat Uçotu Standartlarının yaradılması ilə əlaqədar təhsil və ixtisasartırma proqramlarının aktuallığı” mövzularında məruzələri dinlənilmişdir.

{nl}

Məruzələrdən sonra praktiki seminar keçirilmişdir. Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Maliyyə hesabatlarının şəffaflığının təmin edilməsində beynəlxalq standartların rolu”, GRBS Tədris Mərkəzinin ekspert-məsləhətçisi Elşən Rəhimov “Beynəlxalq və milli mühasibat uçotu standartları” mövzularında məruzə etmişlər.

{nl}

Seminar iştirakçılarının suallarına cavab verilmiş, onlara sertifikatlar təqdim edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında