Türkiyə Cümhuriyyətinin banisi Atatürkün vəfatının 72-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının 72-ci ildönümü ilə bağlı Ankara, İstanbul və digər şəhərlərdə anma tədbirləri keçirilir.
Ankaradakı Anıtqəbirdə Türkiyə Prezidenti Abdullah Gül və digər rəsmilərin iştirakı ilə dövlət mərasimi keçirilmişdir. Atatürkün məzarının önünə əklil qoyulmuş, paytaxta sakinləri mavzoleyi ziyarət etmişlər. Dövlət bayraqları yarıya qədər endirilmiş, Prezident Abdullah Gül xatirə dəftərini imzalamışdır.
İstanbulda isə Türkiyə Cümhuriyyətinin banisinin xatirəsi onun vəfat etdiyi Dolmabaxça sarayında anılmışdır. Türkiyə parlamentinin rəhbərliyi, İstanbul valisi və bələdiyyə sədri, sadə vətəndaşlar burada təşkil olunmuş mərasimdə iştirak etmiş, Atatürkün ruhuna dualar oxumuşlar.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında