ATƏT müşahidəçisi: Azərbaycanda keçirilən seçkilərdə qalib gələn namizəd, həqiqətən, xalqın seçimidir

Azərbaycan parlamentinə növbəti seçkilər uğurla başa çatdı. Artıq Mərkəzi Seçki Komissiyası, eləcə də seçkilərin gedişi ilə bağlı müşahidə aparan bir sıra "exit-poll" təşkilatları seçkilərin ilkin nəticələrini elan etməyə başlayıb. Bir neçə gündən sonra seçicilər özlərinin səs verdikləri dairələrdə hansı namizədin daha çox səs toplayaraq deputat seçildiyini dəqiqliklə öyrənə biləcəklər.
Ancaq bu gün artıq bir həqiqət öz təsdiqini tapıb ki, müstəqil Azərbaycan Respublikası növbəti dəfə azad, ədalətli, şəffaf və demokratik seçkilərini keçirdi, Azərbaycan qanunlarına və beynəlxalq seçki standartlarına uyğun şəkildə parlamentin yeni heyətini formalaşdırdı. İnamla demək olar ki, Azərbaycan bütün dünyanın gözü qarşısında növbəti demokratiya sınağından uğurla çıxdı. Ölkə növbəti demokratik seçkiləri arxada qoydu, demokratikləşmə istiqamətində daha bir addım irəli getdi. Bu fikri seçki gününə qədər seçkiqabağı prosesi və birbaşa məntəqələrdə səsverməni yaxından izləmiş yerli və xarici müşahidəçilər, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri də birmənalı şəkildə təsdiq etdilər. Azərbaycan parlamentinə seçkilərin ATƏT və Avropa Şurasının tələblərinə cavab verən şəkildə keçirildiyini etiraf etmiş xarici müşahidəçilərdən bir neçəsinin fikirlərini oxuculara təqdim edirik:
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçisi Çarliz Makkey qeyd edib ki, səhər saatlarından başlayaraq müşahidə apardıqları seçki məntəqələrində seçicilərin əksəriyyəti səsvermədə iştirak edib. "Seçkilərdə xoşagələn atmosfer hökm sürürdü. Sevindirici hal idi ki, səsvermədə gənclər daha çox fəallıq göstərirdilər. Seçkilərin demokratik keçirilməsi göz qabağında idi. Hesab edirik ki, seçki baş tutub. Seçkilərin azad, şəffaf, demokratik və qanunlar çərçivəsində həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycanda keçirilən seçkilərdə qalib gələn namizəd, həqiqətən də, xalqın seçimidir" - deyə müşahidəçi qeyd edib.
Estoniya Mərkəzi Seçki Komissiyasının üzvü xanım Telloman Kadri bildirib ki, məntəqələrdə seçki prosesinin normal, səliqəli və Avropa dəyərlərinə uyğun qaydada keçirildiyinin şahidi olub. "Demək olar ki, seçkilər Estoniyada, yəni Avropada olduğu kimi keçirilir. Vətəndaşlar sərbəst şəkildə səsverməyə gələrək öz istədikləri namizədə səs verirlər. Bu, demokratik mühitin saxlanması üçün vacib şərtdir" - deyə estoniyalı müşahidəçi qeyd edib. Telloman Kadri Azərbaycandakı parlament seçkilərini izləyən müşahidəçilərin çoxluğundan təəccübləndiyini də gizlətməyib. "Estoniyada bir məntəqədə müşahidəçilərin sayı 3-4 nəfərdən artıq olmur. Azərbaycanda isə məntəqələrdə 8-12 nəfər müşahidəçi olduğunun şahidi oldum" - Telloman deyib. Xanım müşahidəçinin fikrincə, seçki prosesini izləmək üçün texniki avadanlıqlardan istifadə edilməsi o qədər vacib deyil. "Sizdə normal seçkilər keçirildiyini gördüm. Fikrimcə, məntəqələrdə veb-kameraların quraşdırılması elə də vacib deyil. Məsələn, Estoniyada belə texniki vasitələrdən istifadə edilmir. Seçkilər adi səsvermə şəklində aparılır" - beynəlxalq müşahidəçi bildirib.
Lənkəranda seçki prosesini izləmiş beynəlxalq müşahidəçi Aleksandr Raskolski: "Artıq səhər saatlarından seçki məntəqələrində seçici fəallığını aydın şəkildə müşahidə etmək mümkün idi. İnsanlar böyük ruh yüksəkliyi ilə ümumxalq səsverməsində aktiv şəkildə iştirak edirdilər. Səsvermə prosesi isə, təbii ki, tam şəffaf və beynəlxalq standartlara uyğun keçirilirdi".
Beynəlxalq müşahidəçi Gennadi Salyukin isə parlament seçkilərinin gedişini Bərdədəki seçki məntəqələrində izləyib və heç bir qanun pozuntusu ilə qarşılaşmadığını bildirib. "Bütün seçki məntəqələrində proseslər demokratik tələblərə, beynəlxalq standartlara uyğun təşkil olunmuşdu. Seçkilər üçün lazımi şərait yaradıldığı üçün heç yerdə qanun pozuntusu hallarına rast gəlinmədi".
Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Əbdülqədir Akqan: "Azərbaycanda gördüklərimizə əsasən deyə bilərik ki, güclü iqtisadi inkişaf ölkənin siyasi iradəsi ilə birgə ölkədə demokratiyanın və idarəetmənin güclənməsi üçün başlıca amildir".
Rumıniyalı müşahidəçi Denisa Marku: "Mən Rumıniyadan gəlmişəm. Burada seçki prosesi tam demokratik dəyərlərə əsaslanır. Bir faktı qeyd edim ki, məntəqələrdə quraşdırılan veb-kameralar seçkinin gedişini izləmək üçün əla imkan yaradır".{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında